Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları #HÜQUQİBİLİKLƏRİNİARTIR - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələri baxımından Cinayət Məcəlləsinin 32.2, 84.1 və 170-ci maddələrini əlaqəli şəkildə şərh etmişdir

05.06.2024

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

  Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.