Şriftin ölçüsü :

Saytın rəngi :

#insanhüquqları - Baş Prokurorluğun əməkdaşı elmi-praktiki konfransda iştirak edib

24.05.2024

  Mayın 24-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

  Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə  keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Elşad Ağayev təmsil edib.

  Baş Prokurorluğun nümayəndəsi valideynlik hüququnun məhdudlaşdırılması ilə əlaqədar 2020-ci ildən hazırki vaxta qədər prokurorluq orqanları tərəfindən mülki iddiaların verilməsi və həmin iddiaların məhkəmələrdə müdafiə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 29.03.2024-cü il tarixdə imzaladığı Qanunla Ailə, Mülki Prosessual Məcəllələri və Məişət zorakılığının qarşısının alınması haqqında qanunlara dəyişiklik edilməsi, prokurorluğun valideynlik hüququnun məhdudlaşdırılması və valideynlik hüququndan məhrum etmə ilə əlaqədar məhkəmələrə iddia ilə müraciət edən qurumların siyahısına daxil edilməsi, həmçinin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən və onlara qarşı törədilən cinayət əməlləri ilə əlaqədar aparılan araşdırmaların nəzarətdə saxlanmasının əhəmiyyəti barədə çıxış edib.

  Sonda konfrans iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.