Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

22.05.2024

  1989-cu il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Sadırbayov Serik Sırlıbayeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin  Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

  Qazaxıstanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S. Sadırbayov 2024-cü ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

  "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. 

  Serik Sadırbayov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.