Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun, Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənclərin İnkişafı” İctimai Birliyi və “UNİCEF”-in birgə təşkilatçılığı ilə “Emosional-Psixoloji maarifləndimə” sorğu layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Baş Prokurorluğun idarə prokuroru Nail Əliyev, Gənclər Fondunun məsul şəxsləri“UNİCEF”-in, “Gənclərin İnkişafı” İB-nin nümayəndələri və 15 nəfərdən ibarət gənc psixoloq mütəxəssislər iştirak edib.
Tədbir zamanı Baş Prokurorluq tərəfindən intihar hadisələri üzrə aparılan təhlillərə dair statistik məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, ölkə ərazisində intihar və intihara cəhd edilməsi hadisələrinin təhlilləri aparılıb, neqativ halların aradan qaldırılması məqsədilə dövlət qurumlarının birgə fəaliyyəti fəaliyyəti davam etdirilir.
Birgə qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyəti vurğulanaraq, qeyri-hökumət təşkilatları və medianın səyləri və imkanlarının birləşdirilməsinin zəruri olduğunu nəzərə çatdırılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı