Şriftin ölçüsü :
Saytın rəngi :
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə mayın 15-də prokurorluq əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib.
Naxçıvan Muxtar Respublikası prokurorluğunun mərkəzi aparatının komandası ilə Naxçıvan hərbi prokurorluğunun komandası qarşılaşdığı final oyunu sonuncuların qələbəsi ilə başa çatıb.
Sonda 1-ci və 2-ci yerə çıxan komandalar Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Naxçıvan hərbi prokuroru Aqil Axundov və Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri vəzifələrini icra edən Məcid Seyidov tərəfindən mükafatlandırılıb.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı