Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Hesablama Palatasının işçiləri üçün təlim təşkil edilib

16.05.2024

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Hesablama Palatasının Təlim Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında protokola əsasən həyata keçirilən birgə tədris tədbirləri nəticəsində mayın 15-də Palatanın işçiləri üçün “Korrupsiya və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin araşdırma metodikası” mövzusunda təlim təşkil edilib.

  Tədris tədbirinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təcrübəli işçiləri təlimçi qismində cəlb edilib.

  Mühazirə, təqdimat, təcrübə mübadiləsi və sair formada həyata keçirilmiş təlim çərçivəsində korrupsiya və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, qeyd edilən cinayətlərin araşdırma metodikası, dövlət satınalmaları sahəsində korrupsiya riskləri, bu sahədə yeni normativ tənzimləmə və beynəlxalq standartlar, audit fəaliyyətində subyektiv faktorların və kənar təsirlərin neytrallaşdırılması, maraqlar toqquşması riskləri və onların qarşısının alınması üzrə tədbirlər, habelə digər aktual mövzular tədris edilib, dinləyiciləri maraqlandırılan suallar ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.