Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Satınalma komissiyalarına münasibətdə xarakterik korrupsiya hüquqpozmaları hansılardır? (6)

08.05.2024

•    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təhlillərə əsasən, dövlət satınalmaları sahəsində tender komissiyasının üzvləri tərəfindən rüşvət alınması müqabilində eyni şirkətin və ya eyni şəxsə məxsus olan şirkətin mütəmadi olaraq qalib elan edilməsi, prosedurun sonunda tərtib edilmiş qərar və ya protokolda imzaların saxtalaşdırılması, təchizatçılarla qohumluq və ya digər əlaqələrinin mövcudluğunun gizlədilməsi, qeyri-qanuni sövdələşmələr nəticəsində azad rəqabət mühitinin məhdudlaşdırılması və digər növ korrupsiya hüquqpozamalarına daha çox rast gəlinir.

•    Bundan başqa, bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq işlərin görülməsi üçün müvafiq olaraq tender və ya kotirovkaların keçirilməsi tələb olunduğu halda saxta sənədlərin tərtib edilməsi yolu ilə guya tenderin keçirilərək hər hansı şirkətin satınalma komissiyası tərəfindən həmin tenderdə qalib olması və ya qeyd edildiyi kimi zəruri prosedur qaydalarına riayət edilmədən görüntü yaratmaq məqsədilə saxta tenderlərin təşkil edilərək cinayətkar məqsədlərə nail olunması halları aşkar edilmişdir.

•    Sadalananlarla yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ibtidai araşdırmalar zamanı satınalmalar çərçivəsində müqavilə qiymətlərinin real bazar qiymətlərindən tamamilə fərqlənməsi, görülməli olan işlərin ayrılan vəsaitlərə uyğun olmaması, iş həcmi dəyərlərinə yerinə yetirilməmiş işlərin mövcudluğu, iş həcmi vahidinin qiymətlərinin düzgün tətbiq edilməməsi ilə yerinə yetirilmiş işlərin dəyərlərinin satınalma komissiyası və ya satınalan təşkilat tərəfindən artırılması və digər bu kimi qanun pozuntusu halları aşkar edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.