Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

07.05.2024

Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə həmin təşkilatın Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

May ayının 2-si və 3-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində UNODC-nin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) 10 illik yubiley plenar görüşü baş tutub. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla  mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib. 

Plenar iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Nigar Yahyazadə təmsil edərək, cinayətkarlıqla mübarizə sahəsində milli mərkəzi orqanların rolu və əhəmiyyətinə dair həsr olunmuş sessiyasında çıxış edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.