Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

05.05.2024

  Mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

  Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

  Hazırda ibtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.