Şriftin ölçüsü :

Saytın rəngi :

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndələri Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olublar

04.05.2024

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə ölkəmizin elm, ali təhsil müəssisələri, habelə ixtisaslaşdırılmış xüsusi təyinatlı akademiyaları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

  Mayın 3-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Kriminalistika kafedrasının müəllimləri və Akademiyanın kursantları Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olublar.

  Tədbir çərçivəsində Akademiyanın müəllimləri və kursantları Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən Vətən Müharibəsi qalereyası, istintaq otaqları, mühazirə, məşğələ zalları, kitabxanalar, kriminalistik avtomobil və avadanlıqlarla əyani şəkildə tanış oldular.

  Tədbirin zamanı kursantlarla fikir mübadiləsi aparılıb və prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.