Şriftin ölçüsü :
Saytın rəngi :
Gənc hüquqşünasların, tələbələrin prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq cari ilin aprelin 25-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri üçün “Gələcəyin hüquqşünasları ilə görüş” adlı tədbir təşkil edilib.
Görüş zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təcrübəli əməkdaşları tərəfindən Baş İdarənin tarixi, strukturu və funksiyaları ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra tələbələr Baş İdarənin inzibati binası ilə tanış olub, eləcə də onlara kitabxana, “161-Qaynar xətt Əlaqə Mərkəzi”, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) istifadə, vətəndaşların qəbulu və kriminalistika avtomaşınından istifadə ilə bağlı əyani şəkildə məlumat verilib.







Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı