Şriftin ölçüsü :
Saytın rəngi :
Gənclər arasında narkomaniyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə 25 aprel 2024-cü il tarixində Baş Prokurorluğun əməkdaşları tərəfindən Milli Aviasiya Akademiyasında seminar təşkil edilib.
Tədbirdə Baş Prokurorluğun əməkdaşları, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti və 300 nəfər tələbə iştirak edib.
Seminarda prokurorluq orqanlarının əməkdaşları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, narkomaniyanın qarşısının alınmasında dövlət və hüquq-mühafizə orqanların vəzifələri, bu sahədə qəbul edilmiş qanunvericilik aktları barədə ətraflı məlumat verilib. Həmçinin, təbliğat və maarifləndirmə işinin genişləndirilməsi, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin gücləndirməsinin vacibliyi xüsusilə vurğulanıb.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı