Şriftin ölçüsü :

Saytın rəngi :

Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçisi təqaüdə göndərilib

25.04.2024

  Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə prokuroru Rafiq Əliyev qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar qəbul edilib və ona Baş prokuror tərəfindən verilmiş Fəxri fərman və hədiyyə təqdim olunub.

  Görüş zamanı Rafiq Əliyevin prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlər qeyd edilib.

  Rafiq Əliyev tədbir iştirakçıları ilə xatirələrini bölüşüb və sonda xatirə şəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.