Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda Milli Aviasiya Akademiyasının tələbələri ilə görüş keçirilib

24.04.2024

  Gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq, aprelin 22-də Baş Prokurorluqda Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib. 

  Tədbirin əvvəlində Baş Prokurorluğun müxtəlif struktur qurumlarının təcrübəli əməkdaşları tərəfindən prokurorluq orqanlarının fəaliyyəti barədə tələbələrə ətraflı məlumatlar verilib. Tədbir çərçivəsində tələbələr prokurorluq əməkdaşlarının vəzifə funksiyaları, iş şəraiti, gündəlik fəaliyyətlərində tətbiq etdikləri müasir texnoloji və kriminastik vasitələrlə yaxından tanış olub.

  Tələbələr Vətən Müharibəsi qalereyası, istintaq otaqları, mühazirə, məşğələ zalları, kitabxanalar, kriminalistik avtomobil və avadanlıqlarla əyani şəkildə tanışlıq imkanı əldə edib. 

  Görüş çərçivəsində gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.