Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarı ilə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələri Konstitusiyanın 133-cü və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından şərh edilmişdir.
Qərara əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə olan prokurorluq orqanlarında çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.
Qərar onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında prokurorluğun konstitusion statusunu məhkəmə hakimiyyətinə aid edilmiş orqan, prokurorluq işçilərini isə məhkəmə hakimiyyəti daxilində hakimlərlə oxşar vəziyyətdə olan şəxslər kimi ifadə etmişdir.
Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumuna təqdim edilmiş mütəxəssis mülahizələrində və ekspert rəylərində də məhkəmə hakimiyyəti sisteminə iki qrup orqanların – bilavasitə məhkəmə orqanları və prokurorluğun daxil olduğu ifadə olunmuşdur.
Qərarda həmçinin qeyd edilmişdir ki, prokurorluq orqanlarında çalışan, xüsusi və hərbi rütbəsi olmayan şəxslər bilavasitə məhkəmələrdə (Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələrdə) qulluq keçən dövlət qulluqçuları ilə oxşar hüquqi statusda olmaqla, bərabər hüquq və imkanlara malikdirlər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı