Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasında keçirilən konfransda iştirak edib

17.04.2024

  Aprelin 12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin  şöbə rəisi Nigar Qələndərli Qazaxıstan  Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının  Akademiyasının təşkil etdiyi “Müasir hüquq elminin inkişafı: nəzəriyyə və təcrübə” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda iştirak edib.

  Konfransda hüquq elmi sahəsində tətbiq edilən yeni üsul və texnologiyalar, müasir çağırışlar, beynəlxalq standartların tətbiqi, eləcə də təhsil prosesində innovativ yanaşmaların müzakirəsi aparılıb. 

  Konfransda Nigar Qələndərli “Azərbaycan qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlərin təhlili” mövzusunda çıxış edib. 

  Konfrans çərçivəsində müxtəlif mövzular üzrə qarşılıqlı müzakirələr aparılıb, tədbirin ümumi nəticələri qiymətləndirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.