Şriftin ölçüsü :

Saytın rəngi :

Həkim səhvləri ilə bağlı məlumatların daha peşəkarcasına araşdırılması tədris olunub

05.04.2024

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən aprelin 4 və 5-də prokurorluq əməkdaşları üçün “Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi” mövzusunda distant təlim təşkil edilib.

  Təlim çərçivəsində ilk öncə əhalinin sağlamlığının qorunmasının hüquqi əsasları, o cümlədən bu sahədə milli qanunvericilik, həkim səhvləri ilə bağlı cinayət qanunvericiliyi və bu sahədə məlumatların araşdırılması vəziyyəti, tibbi yardım sahəsində xarici ölkələrin cinayət qanunvericiliyi (ABŞ, İngiltərə, Almaniya, Fransa, BƏƏ, Çin, Koreya, Yaponiya, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və digər) barədə geniş məlumat verilib.

  Həmçinin, dinləyicilərə həkim səhvləri ilə bağlı hadisələr və bu sahədə mövcud risk göstəriciləri barədə məlumat verilərək, ölkəmizdə bu cür məlumatların araşdırılması vəziyyəti, həkim səhvləri ilə bağlı məlumatların araşdırılmasına, keçirilən ekspertizalara və əməllərin tövsifinə dair metodiki tövsiyələr verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.