Şriftin ölçüsü :
Saytın rəngi :
Tender 7 (yeddi) lot üzrə keçirilir:
Lot -1. Ofis və kabinet mebellərinin satın alınması; Lot - 2. Kompüter texnikasının satın alınması; Lot - 3. Tikinti materiallarının satın alınması; Lot - 4. Geyim formasının satın alınması; Lot - 5. Dəftərxana ləvazimatlarının satın alınması; Lot - 6. Təsərrüfat mallarının satın alınması; Lot - 7. Kompüter və kserokslar üçün köməkçi materialların satın alınması. Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlən-miş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.
Malların təchiz olunma müddəti - il ərzində.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetiril-məsinə, iddiaçının maliyyə vəziyyətinə.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğin iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi,7 ünvanından (Əlaqə-ləndirici şəxs: Hüseynov Natiq Əlabbas oğlu, telefon: 492-04-95) ala bilərlər.
Təşkilat: MN DXA-nın 1 saylı Xəzinədarlıq departamenti (Azərbaycan Res-publikası Baş Prokurorluğu; VÖEN 1700354471) H/h:33205019449328518204, VÖEN: 1700986181 Bank: Azərbaycan Beynəlxalq Bankı Mərkəzi filialı Kodu: 805722 VÖEN: 9900001881 M/h: 0137010002944 S.W.I.F.T: İBAZ.AZ.2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 05 aprel 2010-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 12 aprel 2010-cu il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş Prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdın iddiaçıların təklifləri 13 aprel 2010-cu il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı