Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədilib

04.04.2024

  Bunu Baş Prokuror Kamran Əliyev  Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

  O bildirib ki, hazırda bu cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:

  "Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq".

  Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.