Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Sumqayıt şəhəri ərazisində yeniyetmənin ölümü ilə bağlı araşdırma aparılır

31.03.2024

Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.