Şriftin ölçüsü :
Saytın rəngi :
Cari il mart ayının 18-22 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyasının iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.
Komissiyanın iclasları zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən komissiyanın yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə edilib, həmçinin 23 yeni narkotik vasitə, psixotrop maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı