Şriftin ölçüsü :

Saytın rəngi :

XƏZƏRİN HÜQUQİ STATUSUNUN KONVENSİONAL TƏSBİTİ

19.03.2024

Xəzərin statusu uzun illər mübahisəli məsələ olmaqla bir çox elmi araşdırmaların mövzusu olmuşdur. Aparılan araşdırmalar əsasən problemin yaranma tarixi və inkişafı, Xəzəryanı dövlətlərin və digər dövlətlərin maraqları və mövqeləri, geosiyasi və iqtisadi təsirlər, bu problemin həllinə dair təkliflər və s. formada olmuşdur. Məlum olduğu kimi, 12 avqust 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya qəbul edilərək, bir çox məsələyə, o cümlədən, hüquqi status məsələsinə qiymət verilmişdir. Məqalədə Xəzərin hüquqi statusu bu Konvensiya çərçivəsində dəyərləndirilməyə çalışılmışdır (hüquqi rejimi isə başqa bir məqaləmizin mövzusunu təşkil edir). Bununla yanaşı, mövzunun daha aydın başa düşülməsi üçün məsələnin (status probleminin) mahiyyətinə də toxunulmuşdur. Çünki bu problemin uzun illər həll edilə bilməməsinin və müəyyən qədər bu gün də davam etməsinin kökündə məhz Xəzəryanı dövlətlərin beynəlxalq hüquq normalarından daha çox milli maraqlara söykənən bir-birindən fərqli və ziddiyyətli mövqeləri durmuşdur.

Açar sözlər: Xəzər, dəniz, sərhəd gölü, orta xətt, Xəzər Konvensiyası, xüsusi hüquqi status.

Başqa dənizlərlə və dünya okeanı ilə çay-kanal (“Volqa-Don” və “Volqa-Baltik” kanal şəbəkəsi) xaricində birbaşa təbii birləşməsi olmadığına və duzluluq dərəcəsinin dənizlərə nisbətdə az olmasına görə dünyanın ən böyük “duzlu gölü” kimi xarakterizə olunan, bununla belə böyüklüyünə, duzluluğuna və okean tipli dəniz dibinin olmasına görə də tarixən “dəniz" adlandırılan Xəzər75 SSRİ zamanında mübahisə predmeti olmayıb, “Sovet-İran dənizi’ (daha əvvəllər isə “Rus-İran dənizi’) olaraq qəbul edilirdi. SSRİ-nin dağılmasından sonra Xəzərin sahilində yeni müstəqil dövlətlərin yaranması ilə o dövrə qədər Xəzərlə bağlı problem kimi diqqət çəkməyən bir çox məsələ sahilyanı dövlətlər arasında problemə çevrilmişdir. Xəzərin hüquqi statusu məsələsi də, xüsusən 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi’ kimi tarixə keçən “Hasilatın pay bölgüsü haqqında" Sazişin bağlanmasından sonra beynəlxalq problem halına gəlmiş və uzun müddət həll edilə bilməmişdir.

Uzun illər ərzində Xəzərə dair müxtəlif müqavilələr imzalanmışdır. Bunların bir hissəsini Çar Rusiyası/Sovet İttifaqı ilə İran arasında bağlanmış və Xəzər ilə də bağlı bəzi münasibətləri tənzimləyən müddəaları özündə ehtiva edən ümumi müqavilələr, digər hissəsini isə SSRİ-nin dağılmasından sonra Xəzərin sahilində yaranan müstəqil dövlətlər arasında bağlanmış və birbaşa Xəzərə dair müqavilələr təşkil edir.

Xəzərlə bağlı ilkin müddəalar Çar Rusiyası ilə İran arasında imzalanmış “Peterburq” (1723), “Rəşt’ (1731), “Gülüstan” (1813), “Türkmənçay” (1828) müqavilələrində əks olunmuşdur. Həmin müqavilələrdə Rusiyanın və İranın Xəzərdə dəniz üzgüçülüyü fəaliyyəti (15) ilə bağlı bəzi münasibətləri tənzimləyən normalar təsbit edilmişdir. Lakin bunların heç birində Xəzərin hüquqi statusu məsələsinə münasibət bildirilməmişdir. Daha sonra imzalanmış müqavilələrdə, məsələn, Rusiya və İran arasında imzalanmış 1921 -ci il tarixli “Dostluq və əməkdaşlıq haqqında”, SSRİ və İran arasında imzalanmış 1935-ci il tarixli"Ticarət, gəmiçilik və məskunlaşma haqqında”, 1940-ci il tarixli"Ticarət və dənizçilik haqqında" və bir sıra digər müqavilələrdə əsasən hər iki ölkənin sahildən 10 dəniz mili məsafədə müstəsna balıqçılıq hüququnun olduğu, qalan ərazilərdə isə qarşılıqlı razılaşma əsasında gəmiçilik və başqa iqtisadi fəaliyyətlə məşğul ola biləcəyi, üçüncü bir dövlətin daşıma fəaliyyəti da daxil olmaqla heç bir hüquqa sahib olmadığı əks olunurdu. Təxminən eyni məzmunlu bu müqavilələrlə də hüquqi statusu müəyyən edilməsə belə Xəzər Rusiya/SSRİ ilə İran arasında faktiki olaraq iki hissəyə bölünmüş, İrana məxsus 10 millik sərhəd xəttinin xaricindəki ərazi faktiki olaraq Rusiyanın/SSRİ-nin istifadəsində qalmışdır. Sonradan iki ölkə arasında sərhədlərin müəyyən edilməsi zamanı Xəzərin Astara (Azərbaycan) və Həsənqulu (Türkmənistan) limanları sərhəd olaraq müəyyən edilmiş və faktiki olaraq bu limanlar arasında olan hissə İranın, qalan hissə isə SSRİ-nin ərazisi hesab olunmuşdur (SSRİ-nin Xəzərdəki payı təxminən 86%, İranınkı 14% təşkil edirdi). SSRİ isə Xəzərin ona aid olan hissəsini 1970-ci illərdə (SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən) milli təsərrüfat işləri aparmaq və digər məqsədlərlə dörd xəzəryanı sovet respublikası arasında faktiki olaraq milli sektorlara bölmüşdür. Bu bölgü zamanı Xəzərin coğrafi vəziyyəti də nəzərə alınaraq, beynəlxalq- hüquqi təcrübədə qəbul edilən “orta xətt’ prinsipi əsas götürülmüşdür və demək olar ki, bu günə qədər də faktiki olaraq bu bölgüdən istifadə edilir.

 

15 Xəzər, Volqa və Don çaylarının qollarına əlavə olunan kanallar vasitəsi ilə Qara dəniz və Baltik dənizinə birləşir. Keçmiş zamanlarda okeana birbaşa çıxışı olduğu söylənən Xəzər dənizinin duzluluq dərəcəsi göllərə nisbətdə çox olsa da. okeandakı normal duzluluq dərəcəsinin sadəcə üçdə biri qədərdir (ortalama duzluluq dərəcəsi %0.13-dür). Xəzərin, fiziki-coğrafi və ekoloji vəziyyəti barədə ətraflı məlumat üçün bax: https://az. wikipedia. org/wiki/Xəzər_dənizi

 

 

SSRİ-nin dağılması ilə Xəzərin sahilində müstəqil dövlətlərin yaranmasından sonra Xəzərin statusu məsələsi beynəlxalq problem kimi ortaya çıxmış və bununla bağlı Xəzəryanı dövlətlər arasında ciddi müzakirələr başlanmışdır. Lakin hər bir dövlətin hüquq normalarından daha çox milli maraqlara söykənən fərqli yanaşması status məsələsinin uzun müddət həll edilə bilməsinə mane olmuşdur. Xəzərin statusunun müəyyən edilməsindəki çətinliklər sırf hüquqi məsələlərlə deyil, daha çox geosiyasi, iqtisadi, hərbi, energetika məsələləri ilə bağlı idi. Bu isə bəzən ölkələr arasında münasibətin gərginləşməsinə də səbəb olmuşdu. Sahilyanı dövlətlər arasında uzun illər ərzində aparılan danışıqlar, bağlanmış müxtəlif müqavilələr, sazişlər76 Xəzərin statusunu müəyyən etməsə də, bu məsələnin həllində mühüm rol oynamış və nəticədə hüquqi status haqqında Konvensiyanın qəbul edilməsinə gətirib çıxartmışdır.

2018-ci il avqustun 12-də Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya (bundan sonra “Xəzər Konvensiyası") ilk dəfə Xəzərin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin Xəzərə münasibətdə hüquq və öhdəliklərini təsbit etmişdir. Sammitdə Xəzər Konvensiyası ilə birlikdə ümumilikdə səkkiz sənəd - "Beşinci Xəzər sammitinin Kommünikesi", “Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” Saziş, ‘Xəzəryanı dövlətlərin hökumətləri (16) arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” Saziş, “Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında” Saziş və "2010-cu il 18 noyabr tarixli Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Sazişə dair üç Protokol (“Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında”Protokol, “Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında” Protokol, “Sərhəd xidməti orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında” Protokol) imzalanmışdır.

16 Məsələn, Xəzəryanı dövlətlərin dövlət başçıları arasında keçirilmiş dörd Zirvə toplantısı (2002-ci il Aşqabad, 2007-ci il Tehran, 2010-cu il Bakı və 2014-cü il Həştərxan) zamanı imzalanmış Sazişlər, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanmış 2010-cu il tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Saziş, 2011 -ci il tarixli "Xəzər dənizinin çirklənməsinə qarşı birgə mübarizəyə dair" Saziş, 2003-cü il "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası və Protokolları, Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış 2003-cü il "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında Saziş, "Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında" Saziş və s.

 

Xəzər Konvensiyasına görə tərəflər Xəzərdə bu Konvensiyaya və eləcə də, ona uyğun imzalanmış digər sazişlərə və tərəflərin milli qanunvericiliyinə uyğun fəaliyyət göstərirlər. Yəni digər Sazişlər də əhəmiyyətini və hüquqi qüvvəsini qoruyub saxlayır və onlar tərəflərin Xəzərdə fəaliyyəti çərçivəsində bütövlükdə nəzərə alınmalıdır. Həmçinin, Xəzər Konvensiyasının preambulasından və bir sıra normalarından göründüyü kimi bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn prinsip və nor­malarına əsaslanır və Xəzərə dair münasibətlərin tənzimlənməsində də beynəlxalq hüququn prinsip və normaları əsas alınmalıdır. Məsələn, həmsərhəd olan dövlətlər arasında daxili suların, ərazi sularının, balıqçılıq zonalarının, dənizin dibinin və təkinin bölünməsi məhz beynəlxalq hüququn prinsip və normaları nəzərə alınmaqla, tərəflər arasında razılaşmalar yolu ilə həyata keçirilməlidir. Beləliklə, Xəzərin hüquqi statusu və rejiminin müəyyən edilməsində bu Konvensiya ilə yanaşı ona uyğun imzalanmış (və ya imzalanacaq) digər müqavilələr, sazişlər və beynəlxalq hüququn prinsip və normaları da nəzərə alınmalıdır.

İndiyə qədər Xəzərin “dəniz” yoxsa “gör olması üzərində mübahisələrə Xəzər Konvensiyası ilə son qoyulur. Hər nə qədər Konvensiyada 'Xəzər dənizf ifadəsi işlədilsə də, verilən anlayışdan bu ifadənin şərti olduğu məlum olur. Belə ki, Konvensiyanın 1-ci maddəsinə əsasən, "Xəzər dənizi tərəflərin quru əraziləri ilə əhatə olunan ... su hövzəsidif. Anlayışdan göründüyü kimi bu Konvensiyanın məqsədləri baxımından Xəzər nə “dəniz”, nə də “gör deyil, bir “su hövzəsf’dır. Yəni Konvensiya ilə Xəzərə "xüsusi hüquqi status" verilir. Əslində isə bu, heç də gözlənilməz hal deyildir. Çünki sahilyanı dövlətlərin uzun illər nümayiş etdirdikləri fərqli və hətta davamlı dəyişən mövqelərini və iddialarını uzlaşdırdıqda müxtəlif yanaşmalar ortaya çıxmışdı. Bu yanaşmaları ümumiləşdirərək bir neçə başlıqda ələ almaq mümkündür.

Birinci yanaşma Xəzərə dəniz statusunun verilməsi idi. Belə olan təqdirdə Xəzər beynəlxalq dəniz statusu çərçivəsində bütün dünya dövlətləri üçün açıq hala gələcək, Xəzəri digər dənizlərlə birləşdirən kanallar beynəlxalq status alaraq beynəlxalq gəmiçilik üçün sərbəst istifadə oluna biləcək və Xəzərdə 1982-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası” (bundan sonra “BMTDHK’) tətbiq ediləcəkdi17. O zaman da BMTDHK-nın müddəaları çərçivəsində Xəzərin həm səthi, həm də dibi hər bir sahilyanı dövlətin suveren hüquqlara sahib olduğu milli sektorlara bölünəcək, yəni hər bir dövlətin daxili suları, ərazi suları, müstəsna iqtisadi zonası, kontinental şelfi olacaq və hər bir dövlət öz milli sektorundakı resursların araşdırılması, hasilatı, kəşfiyyatı, işlənməsi və başqa suveren hüquqlarını həyata keçirə biləcəkdi. Bütün bunlar və xüsusilə də BMTDHK-ya görə ərazi sularının 12 mildən (1 dəniz mili = 1852 metr) artıq olmaması, digər üçüncü dövlətlərin dənizə sərbəst giriş-çıxışının olması, bütün dövlətlər baxımından üzgüçülük azadlığının olması, dənizə birbaşa çıxışı olmayan və ya əlverişsiz coğrafi mövqeyə malik dövlətlərin canlı resursların hasilatında iştirak hüququnun olması, dənizdə başqa dövlətlərin hərbi gəmilər üzdürə bilməsi, üçüncü dövlətlərə məxsus silahlı qüvvələrin mövcud olması imkanı və s. şərtlər bəzi Xəzəryanı dövlətləri qətiyyən qane etmirdi. Ona görə də Xəzərə dəniz statusu verilməsinə qarşı çıxırdılar.18 Xəzər Konvensiyasında beynəlxalq dəniz hüquq qaydalarından kifayət qədər istifadə edilsə də, dəniz ərazilərinin fərqli təsnifatı və sahəsi, su səthi ilə dibinin bölgüsünün ayrı-ayrı aparılması, onların rejiminin fərqli qaydalara tabe tutulması, sərhədlərin və çıxış xətlərinin müəyyən edilməsinin xüsusiyyətləri, sahilyanı dövlətlərin fəaliyyəti ilə bağlı xüsusi prinsiplər və qaydalar, üçüncü dövlətlərin Xəzərdəki fəaliyyətinə qoyulan ciddi məhdudiyyətlər və s. qaydalar onun BMTDHK-dan kifayət qədər fərqli olduğunu göstərir. Əgər Xəzərə dəniz statusu verilsəydi, qeyd olunan bu və digər qaydaları tətbiq etmək mümkün olmayacaqdı.

 

17 Hər nə qədər BMTDHK-nı Xəzəryanı dövlətlərdən sadəcə Azərbaycan və Rusiya ratifikasiya etmiş olsa da, məlum olduğu kimi bu Konvensiyanın normaları əsasən beynəlxalq dəniz hüquqi adət qaydalarından formalaşdığı üçün bu qaydalar onu ratifikasiya etməyən dövlətlər üçün də beynəlxalq dəniz hüquqi adət qaydaları kimi tətbiq edilə bilər.

18  Xəzərin dəniz olmadığı fikrini müdafiə edənlərin dəlilləri ondan ibarətdir ki, beynəlxalq dəniz hüququ cəhətdən dənizin başlıca iki xüsusiyyəti var: 1) duzlu olması; 2) bütün dünya üzərində təbii birləşməsinin (digər dənizlərə və ya okeanlara təbii çıxışının) olması. Beynəlxalq təbii birləşməsi olmayan su hövzəsi duzluluğundan asılı olmayaraq beynəlxalq dəniz hüququ cəhətdən dəniz olaraq dəyərləndirilmir. Beləliklə, digər dənizlərlə və okeanlarla təbii birləşməsi olmadığından (digər dənizlərlə əlaqəsi sadəcə süni yollarla - kanallar vasitəsi ilə yaradıldığından) Xəzər dəniz kimi qiymətləndirilmir. Bunun əksini (yəni Xəzərin dəniz olduğunu) iddia edənlər isə Xəzərin adını, sahəsini və duzluluğunu əsas gətirərək, Xəzərin kanallar vasitəsilə digər dənizlərə (dolayısı ilə dünya okeanına) birləşdiyini, BMTDHK-da da bu birləşmənin təbii və ya süni yolla olacağına dair hər hansı bir ifadənin yer almadığını, ona görə də Xəzərin dəniz olduğunu irəli sürürlər. Ancaq kanalların beynəlxalq dəniz hüququnun tənzimləmə predmeti olmadığı və süni birləşmələrin qapalı su hövzələrini dənizə çevirmədikləri əsası ilə bu iddia qəbul edilmir.

19 Sərhəd gölünün tərifi beynəlxalq hüquqda verilməsə də, hüquqşünaslar tərəfindən verilmiş müxtəlif təriflər vardır. Sərhəd gölləri iki və ya daha çox dövlətin sahilləri ilə əhatələnmiş, dünya okeanı ilə təbii əlaqəsi olmayan və sahilyanı dövlətlər tərəfindən bağlanmış beynəlxalq müqavilələrlə müəyyən edilən, özünəməxsus beynəlxalq hüquqi statusa və rejimə sahib su sahələri olaraq qəbul edilir.

20 Sərhəd gölünün sərhədlərinin müəyyən edilməsində nadirən istifadə edilən bir metod da, Boliviya və Peru arasındakı “Titikaka Gölü”nün bölünməsində olduğu kimi hər bir sahilyanı dövlətin 12 mil ərazi sularına sahib olması, gölün qalan hissəsinin isə ümumi istifadədə olmasıdır.

 

Amma Xəzərin heç vaxt tək bir dövlətə aid olmaması, əvvəlki zamanlardan bəri ən azı iki fərqli dövlət (Çar Rusiyası/SSRİ və İran) tərəfindən istifadə edilməsi və Xəzərdə ümumi mülkiyyətin tətbiq edilməsinin hüquqi, tarixi və coğrafi cəhətdən mümkün olmaması səbəbi ilə bu təcrübənin Xəzərə tətbiq edilməsi mümkün deyildi. Həmçinin, “ümumi mülkiyyət’ (kondomirıium) nəzəriyyəsi, ümumiyyətlə, beynəlxalq hüquq qaydalarına da ziddir.

Sonuncu yanaşma Xəzərə xüsusi hüquqi status verilməsi idi. Xəzərin xüsusi bir su hövzəsi olduğu və özünə məxsus bir çox xüsusiyyətlərinin mövcud beynəlxalq hüquq qaydalarına və beynəlxalq təcrübəyə uyğun gəlmədiyi, bu səbəbdən də xüsusi hüquqi status müəyyən edilməli olduğu fikri irəli sürülürdü. Bu görüşə görə Xəzərin bölgüsü ənənəvi olmayan xüsusi metodlar tətbiq edilərək müəyyən edilməlidir. Bu “xüsusi” status sahilyanı dövlətlərə Xəzərin hüquqi statusunu mövcud konvensiya, müqavilə və ya təcrübəyə uyğunlaşdırmaqdansa bunlardan heç birini əsas almadan, yeni bir status və rejim müəyyən etmək imkanı verirdi. Məsələn, hər ölkə öz suverenliyində qalan və sərhədləri xüsusi metodlarla müəyyən edilmiş bir bölgəyə sahib ola, qalan bölgələr isə ümumi istifadə edilə bilər. Göründüyü kimi Xəzər Konvensiyasında məhz bu yanaşmadan çıxış edilərək Xəzərə məqsədli şəkildə “xüsusi hüquqi status” verilir. Xəzərə və onun resurslarına münasibətdə yalnız sahilyanı dövlətlərin suveren hüquqlara malik ola bilməsi, Xəzərdə müstəsna olaraq sahilyanı dövlətlərin bayraqları altında üzən gəmilərin sərbəst üzgüçülüyü, üçüncü dövlətlərin silahlı qüvvələrinin mövcud olmasının qadağan edilməsi, tərəflərin sabit silahlanma balansının təmin edilməsi kimi qaydaların gətirilə bilməsi məhz Xəzərə xüsusi hüquqi status verilməsi səbəblərindən idi. Bununla belə, Xəzər Konvensiyasında beynəlxalq dəniz hüquq qaydalarından da kifayət qədər istifadə edilir.

Xəzər xüsusi hüquqi status çərçivəsində “akvatoriya” və “sektor” olaraq iki hissəyə ayrılır. Xəzərin akvatoriyasına daxili sular, ərazi suları, balıqçılıq zonaları və ümumi su məkanı daxildir. Sektor isə dib və təkin sahələrindən ibarətdir. Bu statusa əsasən, Xəzərin sadəcə akvatoriyası tərəflər arasında bölünür. Sektorun bölgüsünün isə həmsərhəd dövlətlərin qarşılıqlı razılaşması ilə (sazişlə) həyata keçiriləcəyi təsbit edilir Akvatoriyanın bölgüsü zamanı genişlik də fərqli müəyyən edilir: 15 mil ərazi suları, 10 mil balıqçılıq zonası, qalan su səthi isə ümumi istifadədə olan ümumi su məkanı. (Bütün bu və digər məsələlər Xəzərin hüquqi rejiminə dair məqaləmizdə yer alır.)

Xəzər Konvensiyasında Xəzərin xüsusi hüquqi statusundan irəli gələn bir sıra mühüm prinsiplər təsbit edilir:

  • Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir- birinin daxili işlərinə qarışmamaq;
  • Xəzərə və onun resurslarına münasibətdə yalnız sahilyanı dövlətlərin suveren hüquqlara malik olması;
  • Xəzərin yalnız sülh məqsədlər üçün istifadə olunması, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi;
  • Xəzərlə bağlı məsələlərin həllinin Tərəflərin müstəsna səlahiyyətinə aid olması və bütün məsələlərin dinc vasitələrlə həll edilməsi;
  • Xəzərdə Tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması ilə, ağlabatan hədlərdə həyata keçirilməsi;
  • Xəzər dənizində Tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması;
  • Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməməsi;
  • Qəbul edilmiş qaydalara riayət etməklə hər bir Tərəfin ərazi sularının hüdudlarından kənarda dəniz üzgüçülüyünün azadlığı;
  • Tərəflərin müəyyən edilmiş qaydalar çərçivəsində Xəzərdən digər dənizlərə, dünya okeanına və geriyə azad çıxış hüququ;
  • Xəzərdə müstəsna olaraq Tərəflərin hər birinin bayraqları altında üzən gəmilərin üzgüçülüyü, limanlara giriş/çıxışın həyata keçirilməsi;
  • Beynəlxalq qaydalara uyğun olaraq mülki hava gəmilərinin uçuş azadlığı;
  • Xəzər dənizinin təbii ətraf mühitinin qorunması, onun bioloji resurslarının mühafizəsi, bərpası və səmərəli istifadəsi və s.

Qeyd etməliyik ki, Xəzər Konvensiyası heç də Xəzəryanı dövlətlər arasındakı bütün problemləri həll etmir. Məsələn, mühüm məsələlərdən biri olan düz çıxış xətlərinin çəkilmə metodikası müəyyən edilməyib. Eləcə də Konvensiyada Xəzərin akvatoriyasının bölgüsü tam şəkildə müəyyən edilsə də, təbii sərvətlərlə zəngin olan və əsas mübahisə predmeti olan sektorun (dib və təkin) bölgüsü tam həll edilməmiş qalır. Belə ki, Konvensiyanın 8-ci maddəsinə görə Xəzərin dibinin və təkinin bölünməsi beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları nəzərə alınmaqla, yanaşı və qarşı-qarşıya yerləşən dövlətlər arasında razılaşmalar yolu ilə həyata keçiriləcəkdir. Yəni Xəzərin bütün su səthi Konvensiya ilə bölünsə də, dibi və təki beynəlxalq hüquq qaydalarına riayət olunmaqla həmsərhəd dövlətlər arasında imzalanacaq başqa sazişlər vasitəsi ilə bölünməlidir.

Məlum olduğu kimi, Xəzərin şimal hissəsinin dibi və təkinin bölgüsü ikitərəfli və üçtərəfli sazişlər vasitəsi ilə artıq təmin edilmişdir. Belə ki, 1998-ci ildə Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair” Saziş imzalanaraq Xəzərin dibinin bu iki ölkə arasında orta xətt üzrə sektorlara bölünməsi təsbit edildi. 2001-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış “Xəzər dənizində birgə fəaliyyət haqqında” Bəyanat bu iki ölkənin də orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəldiyini göstərdi. 2003-cü il mayın 14-də də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin ora xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi haqqında” Saziş imzalanaraq bu üç ölkə arasında Xəzərin dibinin tamamilə orta xətt üzrə bölünməsinə dair yekun razılığa gəlindi. 2014-cü ildə isə Qazaxıstan və Türkmənistan arasında Xəzərin dibinin bölünməsinə dair müqavilə bağlanmış və onlar arasında da dibin bölgüsü ilə bağlı məsələ həll edilmişdir. Nəticədə Xəzərin şimal və şərq hissəsində su səthi ilə yanaşı Xəzərin dibi və təki də Sazişlərlə orta xətt prinsipinə əsasən bölünmüşdü. Ancaq Azərbaycan, Türkmənistan və İran arasında belə Saziş olmadığına görə onlar arasında Xəzərin dibinin bölgüsü həll edilməmiş qalır. İndiyə qədər bu problemin kökündə isə yenə də dövlətlərin milli maraqlara söykənən fərqli mövqeləri dayanırdı.(21)

 

21   Azərbaycan Respublikasının mövqeyi onun Konstitusiyasında birmənalı şəkildə ifadə olunur. Konstitusiyanın 11-ci maddəsində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir' deyilərək Xəzərin Azərbaycana aid olan milli sektoru konstitusion təminat altına alınmış və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində göstərilmişdir. Azərbaycan, mövqeyində hər zaman beynəlxalq hüququn tələblərini əsas tutmuş, beynəlxalq hüquqda ümumi qəbul edilmiş “orta xətt” prinsipindən çıxış edərək Xəzərin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsini, hər dövlətin öz milli sektoru üzərində müstəsna suverenliyə malik olmasını müdafiə etmişdir. Azərbaycan heç bir Xəzəryanı ölkənin hüquqi, iqtisadi-siyasi maraqlarını pozmamış, bölgədə hamı üçün bərabər, rəqabətə əsaslanan, region dövlətlərinin ortaq maraqlarına xidmət edən, hərbi münaqişəni istisna edən əməkdaşlıq şəraitinin yaradılmasını irəli sürmüşdür.

 

Belə ki, İran, Xəzərin orta xətt üzrə bölünməsinə qarşı olub, Xəzərin heç bir beynəlxalq hüquqa əsaslanmayan və reallaşdırılması coğrafi baxımdan çətin olan beş bərabər sektora bölünməsinin (dənizin dibinin 20% olmaqla beş sahilyanı ölkə arasında bərabər bölünməsi, səthinin isə ümumi istifadədə saxlanmasının) tərəfdarı idi. O, sahilyanı dövlətlərin Xəzərin resurslarından təktərəfli istifadə edilməsinə qarşı çıxaraq qətiyyətlə ikitərəfli və ya üçtərəfli sazişlərin imzalanmasının əleyhinə idi. Bu səbəblə Rusiya, Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibinin bölünməsi ilə bağlı Sazişlərin də heç birini qəbul etmədiyini bildirirdi. Azərbaycanla İran sərhəddində (faktiki olaraq Azərbaycan ərazisində) yerləşən “A/ov” yatağı da bu mübahisənin əsas bir hissəsini təşkil edirdi. Halbuki, İran SSRİ ilə bağladığı müqavilələrlə 10 millik sahil xətti xaricindəki ərazini faktiki olaraq SSRİ-nin istifadəsinə buraxmış, sonradan iki ölkə arasında sərhədlərin müəyyən edilməsi zamanı da Xəzərin Astara və Həsənqulu limanlarının sərhəd olaraq təyin edilməsini qəbul etmişdi. Eləcə də, SSRİ 1970-ci illərdə Xəzərin ona məxsus hissəsini Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan Sovet Respublikaları arasında orta xətt prinsipinə əsasən iqtisadi bölgələrə ayırdığı zaman İran, bütün bunlara qarşı etirazını bildirməmiş, yəni Xəzərin bu cür bölgüsünü, mövcud sərhədləri qəbul etmişdi (“estoppel” prinsipi). Hərçənd İranın mövqeyi yalnız bu ölkənin geosiyasi maraqlarına yönəlib, digər sahilyanı dövlətlərin mənafelərinə və beynəlxalq hüquq qaydalarına zidd olduğundan qəbul edilməsi mümkün deyildir.

Türkmənistan isə Xəzərin statusu və bölgüsü ilə bağlı digər dövlətlərə nisbətdə qeyri- müəyyən və tez-tez dəyişən mövqe nümayiş etdirərək Azərbaycanla əvvəllər “Azəri' və “Çıraq”, daha sonralar isə əsas iddiası olan Türkmənistanın “Sərdar” adlandırdığı “Kəpəz" yatağının istismarı ilə bağlı razılığa gələ bilməmişdir. Türkmənistan sonradan Xəzərin bölünməsi zamanı orta xətt prinsipini qəbul etsə də, çıxış xətləri çəkilərkən Azərbaycanın “Abşeron” yarımadasının və “C/Vo\/’ adasının nəzərə alınmamalı olmasını iddia etmişdir. Ancaq Türkmənistanın orta xəttin müəyyən edilməsi zamanı ölkənin təbii sahil xəttinin və adaların uc nöqtələrinin nəzərə alınmasına dair etirazı dövlətin ərazi bütövlüyünün " pöZü’.'masına səbəb olmaqla yanaşı, bunun heç bir hüquqi əsası da yoxdur. Birincisi, Xəzər 1970-c.! ildə dörd ölkə arasında faktiki olaraq bölgələrə ayrılarkən ölkənin sahil xətləri və sahilə yaxın adaları əsas alınaraq bu günki “Günəşir, “Çıraq", “Azəri' və “Kəpəz" yataqlarının daxil olduğu sahə Azərbaycanda yerləşən “Kaspmor Neftqaz"a, “Kəpəz"dən şərqə olan hissə isə Türkmənistanın oxşar müəssisəsinə həvalə olunmuşdu. İkincisi, Türkmənistanın Konstitusiyasında onun SSRİ-nin hüquqi varisi olduğu bəyan edilmişdir. Beynəlxalq hüquqa görə varis dövlət varisi olduğu dövlətin hüquqi öhdəliklərini də daşıyır. Üçüncüsü də, “Beynəlxalq müqavilələr hüququ haqqında" 1969-cu il tarixli Vyana Konvensiyasına görə dövlətlərarası münasibətlərdə tərəflərdən biri mövcud olan faktiki vəziyyətə uzun müddət etiraz etməzsə, susarsa və ya qəbul edərsə bu hal tərəflər üçün hüquqi olaraq məcburilik qazanır. Bu cəhətdən Türkmənistanın uzun illər bu bölgünü qəbul etməsi (və ya susması) onun etiraz haqqını ortadan qaldırmışdır.

Göründüyü kimi Xəzərin dibinin bölünməsində hazırda yekdillik yoxdur. Ancaq bu məsələnin həll edilməsi, eləcə də Konvensiyanın səmərəli yerinə yetirilməsi, düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanması, Xəzərdə əməkdaşlığın nəzərdən keçirilməsi və digər məsələlərin həlli məqsədilə Xəzəryanı dövlətlərin xarici işlər nazirliklərinin himayəsi altında yüksək səviyyəli müntəzəm beştərəfli məsləhətləşmə mexanizmi yaradılmışdır.

Beləliklə, bütün müsbət və çatışmayan cəhətləri ilə birlikdə Xəzər Konvensiyası regionda gərginliyin azaldılmasında mühüm rol oynayan, Xəzərin hüquqi statusunun və hüquqi rejiminin, Xəzəryanı dövlətlərin əsas hüquq və vəzifələrinin müəyyən edilməsində əsas hüquqi baza olan, tərəflərə bir çox məsələni konkret hüquqi sənədə dayanaraq həll etmək imkanı verən mühüm beynəlxalq hüquqi sənəddir.

Son olaraq onu qeyd edək ki, Xəzər Konvensiyası hələ qüvvəyə minməyib. Çünki Konvensiyanın qüvvəyə minməsi üçün beş dövlətin hamısı bu Konvensiyanı ratifikasiya etməli və həmin ratifikasiya sənədini (fərmanı) depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına verməlidir. Beşinci ratifikasiya sənədi Depozitari tərəfindən alındığı tarixdən bu Konvensiya qüvvəyə minir. Ancaq Konvensiyanın qüvvəyə minməsi üçün müəyyənləşdirilmiş bu şərt hələ tam baş tutmayıb. Belə ki, Konvensiyanı hazırda 4 dövlət (Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) ratifikasiya edib. Ancaq beşinci dövlət (İran) tərəfindən ratifikasiya edilmədiyinə görə Konvensiya hələ qüvvəyə minməyib.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

  1. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya mətni.

http://e-qanun.qov.az/framework/41551

  1. Aslanlı A.: “Geosiyasi Rəqabət və Geoiqtisadi Maraqlar Zəminində Xəzər Hövzəsinin Qordi Düyünü”.

https://www.kas.de/c/document librarv/qet file?uuid=75d66d88-9deb-660c-104a- 2de4295aadc4&qroupld=252038

  1. Akar Ö.F.: “Uluslararası alanda Hazar’ın statüsü şorunu”, Türkiyə, Kayseri 2015. https://www.academia.edu/19729272/Uluslararasi Alanda Hazarın Statüsü Şorunu
  2. Kepbanov Y.A.: “The New Legal Status ofthe Caspian Sea is the Basis of Regional Co-operation and StabilityPerceptions Journal of International Affairs, December 1997- February 1998.

http://sam.gov.tr/wp-content/uploads/2012/01/YOLBARS-A.-KEPBANOV.pdf

  1. Мамедов P.: “Международно-правовое содержание и значение Конвенции о правовом статусе Каспийского моря от 12 августа 2018 года", Проблемы постсо­ветского пространства / Post-Soviet Issues 2019 6(2). https://www.postsovietarea.eom/jour/article/view/198/190
  2. Мамедов Р.: “ Международно-правовой статус Каспийского моря : вопросы теории и практики” автореферат диссертации на соискание ученой степени док­тора юридических наук, Bakı 2007.

http://www.law. edu.ru/book/book.asp?booklD=1277810

  1. Мамедов Р.: “Международно-Правовой Статус Каспийского Моря: Вчера, Се­годня, Завтра (вопросы теории и практики)", Central Asia and Caucasus, 2000. https://www.ca-c.org/journal/cac-09-2000/19.Mamedov.shtml
  2. Мохаммадреза М.: “Правовой статус Каспийского моря", Matters of Russian and International Law. 2018, Vol. 8, İs. 7A.

http://publishing-vak.ru/file/archive-law-2018-7/19-malmir.pdf

  1. Həsənov Ə.: “Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları", 525-ci qəzet, 2010, 14 noyabr.

http://www.anl.az/down/meqale/525/2010/noyabr/141345.htm

  1. “Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəlliklərf' 16.08.2018. http://newtimes.az/az/economics/5728/

 

 

DETERMİNİNG THE LEGAL STATUS OF THE CASPİAN SEA IN ACCORDANCE QITH THE CONVENTION

Abstract: The status of the Caspian Sea has been a controversial issue for many years and has been the subject of many scientific studies. As it is known, on August 12, 2018, was adopted the Convention on the Legal Status of the Caspian Sea. This Convention assesses many issues, including legal status. This article seeks to assess the legal status of the Cas­pian Sea under this Convention (but the legal regime is the subject of another article.) At the same time, the essence of the issue (status problem) was touched upon in order to better understand the topic. Because this problem has not been solved for many years and has continued to some extent due to the different and contradictory positions of the Caspian littoral states, based on national interests rather than the norms of international law.

Keywords: Caspian, sea, border lake, middle line, Caspian Convention, special legal status.

 

 

Asgarov Natig Ferhad,

The teacher of the “International Private Law and European Law” department of the BSU, PhD.

Member of the Bar Association of the Republic of Azerbaijan

 

 

ОПРЕДЕЛЕНИЕ ПРАВОВОГО СТАТУСА КАСПИЙСКОГО МОРЯ
В СООТВЕТСТВИИ С КОНВЕНЦИЕЙ

Аннотация: Статус Каспийского моря был спорным вопросом на протяжении мно­гих лет и был предметом многих научных исследований. Как известно, 12 августа 2018 года была принята Конвенция о правовом статусе Каспийского моря. Конвенция оценивает многие вопросы, в том числе правовой статус. Эта статья направлена на оценку правового статуса Каспийского моря в рамках настоящей Конвенции (но пра­вовой режим является предметом другой статьи). В то же время суть проблемы была затронута для лучшего понимания темы. Потому что эта проблема не была решена в течение многих лет и продолжалась в некоторой степени из-за различных и противо­речивых позиций прикаспийских государств, основанных на национальных интересах, а не на нормах международного права.

Ключевые слова: Каспий, море, пограничное озеро, средняя линия, Каспийская Конвенция, особый правовой статус.

 

Аскеров Натик Фархад оглы, Преподаватель кафедры "Международного Частного Право и Европейского Право" БГУ, кандидат юридических наук Член Коллегии Адвокатов Азербайджанской Республики

 

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il, 19 aprel 2010-cu il və s. Qərarları
  2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AR MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarı
  3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2000-ci il, 19 aprel 2001 -ci il, 31 may 2002-ci il, 27 dekabr 2002-ci il, 17 iyun 2003-cü il, 20 sentyabr 2004-cü il, 29 iyun 2007-ci il, 21 ийун 2010-cu il, 20 oktyabr 2011-ci il, 12 mart 2012-ci il, 9 iyul 2013-cü il, 16 dekabr 2014-cü il, 14 may 2015-ci il, 27 yanvar 2015-ci il,27 iyul 2016-cı il, 21 oktyabr 2016-cı il Qərarları
  4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011 -ci il, 20 oktyabr 2011 -ci il, 13 dekabr 2011 -ci il, 16 dekabr 2011 -ci il, 12 mart 2012-ci il, 3 iyun 2013-cü il, 9 iyul 2013-cü il, 15 iyul 2014-cü il, 14 may 2015-ci il, 16 oktyabr 2015-ci il Qərarları
  5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il, 15 aprel 2011 -ci il, 20 oktyabr 2011 -ci il, 15 yanvar 2018-ci il, 24 fevral 2020-ci il, 24 fevral 2020-ci il Qərarı
  6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2010-cu il Qərarı
  7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2018-ci il, 8 yanvar 2020-ci il Qərarları.
  8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 iyun 2006-cı il, 13 iyun 2008-ci il, 30 iyul 2008-ci il, 22 dekabr 2017-ci il Qərarlar
  9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21.05.2004-cü il və 12.04.2017-ci il tarixli qərarları.
  10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli, 30 aprel 2018-ci il tarixli Qərarları
  11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Anağıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 may 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 yanvar 2014-cü il Qərarı
  12. Azərbaycan qəzeti. 2010.-12 may.
  13. Əliyev Ə. İ. İnsan hüquqları. Dərslik. Bakı, Huquq ədəbiyyatı nəşriyyatı. 2013.
  14. Dünya Bankının “Doing Business 2020” və Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatı.
  15. İnsan hüquqları. E.A.Lukaşevanın redaktəsi ilə. Tərcümə edən Ş.İ.Əliyev. Bakı, Şirvannəşr, 2005.
  16. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının Preambulası.
  17. KM-nin əksər Qərarları.
  18. Konstantin Markin Rusiyaya qarşı (BP), &89.
  19. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, M.2.b.3(b)
  20. Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri. R.Məmmədov, Ə.İsmayılova, C.Hacıyev. Bakı 2009.
  21. Sosyal Hukuk Hukukun Toplumsal Temelleri, Aydın Başbuğ.
  22. Зоркин B.H. Развитие конституционного права России. M., 2001.
  23. Гаврилов В.В. Международный механизм контроля за имплементацией универ­сальных актов о правах человека // Московский журнал международного права. 1995. N 4.
  24. Кистяковский. Б.А. В защиту права (Интеллигенция и правосознание). М., 1909.
  25. Конституционное (государственное) право зарубежных стран. Общая часть: Учебник для вузов / Рук. авт. колл, и отв.ред. Б.А.Страшун. 4-е изд. М., Норма, 2005.
  26. Права человека. Учебник для вузов. Отв. ред. Е.А. Лукашева, М., Издательство НОРМА (Издательская группа НОРМА-ИНФРАМ), 2003.
  27. Aliyev S.I., Rzayev R.S. Advancement of court proceeding as a guarantee for the effective protection of human rights. Proceedings of the 7th international Conference on “Control and optimization with industrial applications”.
  28. Recommendation Rec (2004) 6 of the Committee of Ministers to member states on the improvement of domestic remedies (adopted by the Committee of Ministers on 12 May 2004, at its 114th Session).
  29. www.e-qanun.az.

 

Əsgərov Natiq Fərhad oğlu BDU-nun “Beynəlxalq Xüsusi Hüquq və Avropa Hüququ” kafedrasının müəllimi,

hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

E-mail: natigasgerov@yahoo.com

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.