Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

11.03.2024

Martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.