Şriftin ölçüsü :
Saytın rəngi :
Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq mart ayının 6-7-si tarixlərində Baş Prokurorluqda Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş təşkil edilib.
Tədbirin birinci günündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müvafiq sahədə zəruri bilik və təcrübəyə malik əməkdaşları tərəfindən Baş İdarənin strukturu və funksiyaları ilə bağlı təqdimat keçirilib, habelə Baş İdarənin idarə və şöbələrinin fəaliyyəti barədə tələbələrə geniş məlumat verilib. Görüş zamanı gənc hüquqşünaslar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olub, onlara “161-Qaynar xətt Əlaqə Mərkəzi”, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) istifadə, kitabxana, vətəndaşların qəbulu və kriminalistika avtomaşınından istifadə ilə bağlı əyani şəkildə məlumat verilib.
Tədbirin növbəti günündə tələbələr Baş Prokurorluğun inzibati binalar kompleksi ilə, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə müvafiq idarələrin fəaliyyəti ilə tanış olublar.
Daha sonra tarixi-memorial qalereya, kitabxana, istintaq otaqları, tədris auditoriyaları, iclas zalları, həmçinin kriminalistik otaqlar və kriminalistika avtomobilləri ilə tanış olublar.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı