Şriftin ölçüsü :
Saytın rəngi :
İbtidai istintaqın keyfiyyəti və səmərəliyinin artırılması üçün hüquq mühafizə orqanları əməkdaşlarının peşə vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə 2024-cü ilin fevral ayının 12-dən mart ayının 6-dək Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin aidiyyəti idarələrinin, Bakı, Gəncə, Sumqayıt və Şirvan şəhər, eləcə də Bərdə və Yevlax rayon prokurorluqlarının əməkdaşları üçün qarışıq formatda seminarlar keçirilib.
Qeyd olunan qurum və ərazilərdə fəaliyyət göstərən 53 prokurorluq işçisi və 119 polis əməkdaşı üçün təşkil olunmuş seminarlarda təlimçi qismində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin və Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin aidiyyəti əməkdaşları iştirak edib.
Müasir informasiya-kommunikasiya texnologiyalardan, habelə təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə keçirilmiş seminarlar çərçivəsində Cinayət Prosessual Məcəlləsinin 303, 318-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılmış, həmçinin bəraət hökmləri çıxarılmış cinayət işləri üzrə sübutetmə problemləri və onların hüquqi nəticələri tədris edilmiş, bu kateqoriya işlərin ibtidai istintaqı zamanı yol verilmiş nöqsanlar, eləcə də məhkəmənin hazırlıq iclası və məhkəmə baxışı zamanı aşkar edilmiş prosessual pozuntular müzakirə predmeti olmuşdur.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı