Şriftin ölçüsü :

Saytın rəngi :

QLOBALLAŞMA DÖVRÜNDƏ MİQRASİYA PROBLEMLƏRİ VƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİ

10.01.2022

Məqalədə qloballaşma dövründə miqrasiya problemləri və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi məsələləri mühüm beynəlxalq sənədlər və milli qanunvericilik normaları əsasında geniş təhlil edilir. Qeyd edilir ki, müasir dünyada miqrasiya proseslərində iştirak edən ən həssas əhali qruplarından birinə, məhz əlilliyi olan şəxslər daxildir. Bunu nəzərə alaraq, hazırda əlilliyi olan şəxslərin hüquqları və qanuni maraqlarının müdafiəsini, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasını, həmçinin onlara müasir səviyyədə diqqət və qayğının göstərilməsini təmin edən müvafiq beynəlxalq hüquqi mexanizmlər (mühüm beynəlxalq sənədlər və təşkilati strukturlar) formalaşdırılır və təkmilləşdirilir.

Məqalədə belə nəticəyə gəlinir ki, görülən əhəmiyyətli fəaliyyətin məntiqi davamı olaraq, yaxın gələcəkdə dövlətimizdə qeyri-qanuni miqrasiya da daxil olmaqla, miqrasiya sahəsində münasibətlərin səmərəli tənzimlənməsi və mövcud olan problemlərin həll edilməsi istiqamətində də beynəlxalq sferada mühüm fəaliyyətlər həyata keçiriləcəkdir. Bura dövlətimizin qeyd edilən sahədə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlığı, regional və ikitərəfli beynəlxalq müqavilələrin imzalanması, mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak və s. kimi məsələlər daxil edilə bilər. Bundan başqa, miqrasiya problemi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə də ciddi təsir etdiyindən, bu istiqamətdə də kompleks tədbirlərin həm beynəlxalq hüquq, həm də milli hüquq çərçivəsində qəbul edilməsi zəruridir. Burada ilk növbədə, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə qəbul edilməsi zəruri olan BMT Baş Məclisinin qətnamələrini, Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsinin bir sıra tövsiyələrini, nəhayət, regional beynəlxalq təşkilatlar çərçivəsində bir sıra beynəlxalq sənədləri və s. qeyd etmək olar. Nəhayət, miqrasiya proseslərinin tənzimlənməsi, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi kimi iki mühüm istiqamətdə qəbul edilmiş beynəlxalq sənədlərin müddəaları əsas götürülməklə həm qanunvericilik, həm də təşkilati mexanizmlər səviyyəsində milli sistemlərin təkmilləşdirilməsi, son nəticədə isə, qeyd edilən sahədə ictimai nəzarət olaraq qeyri-hökumət təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi zəruridir.

Açar sözlər: qloballaşma prosesi, miqrasiya siyasəti, əlilliyi olan şəxslər, insan hüquqları, beynəlxalq hüquq, beynəlxalq müqavilələr, beynəlxalq təşkilatlar, milli qanunvericlik normaları.

Tədqiqatın aktuallığı və elmi yeniliyi.

Tədqiqatın aktuallığı üç mühüm istiqamətin qarşılıqlı olaraq birgə təhlilində öz əksini tapır ki, bunlara da qloballaşma və miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi kimi məsələlər daxildir.

Müasir beynəlxalq münasibətlərin əsas xarakterik xüsusiyyətlərindən biri heç bir dövlətin öz funksiyalarını başqa dövlətlərlə qarşılıqlı əlaqədə olmadan və izolyasiya olunmuş şəkildə həyata keçirə bilməməsi ilə xarakterizə olunur. Daha sıx əməkdaşlıqda ifadə olunan qloballaşma dövlətlərin qarşılıqlı təsiri və əməkdaşlığının daha da genişləndirilməsi ilə xarakterizə olunmaqla bərabər, həm də onların qarşılıqlı asılılığının dərinləşdirilməsinə gətirib çıxarır.

Qloballaşma mühüm sahələrdə dövlətlərin əməkdaşlığına ciddi təsir etdiyi üçün prosesin müxtəlif istiqamətlərdə təhlili olduqca əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, qloballaşma dövründə miqrasiya proseslərinin genişlənməsi və sürətlənməsi dövlətlərin və xalqların 

müqəddəratında da başlıca rol oynamışdır. Belə ki, birmənalı olaraq qəbul edilir ki, beynəlxalq inkişafın əsas təkanverici qüvvələrindən biri də məhz miqrasiyadır.

Miqrasiya və əlilliyi olan şəxslərin hüquqları ilə əlaqədar əsas məsələlərdən biri insan hüquqlarının qorunmasıdır. İnsan hüquqlarının qorunmasının zəruriliyi BMT Nizamnaməsinin 1 və 55-ci maddələrində bilavasitə əks etdirildiyindən, o cümlədən beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindən biri kimi insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin çıxış etməsi hər bir istiqamətdə insan hüquqları amilinə xüsusi diqqət yetirilməsini zəruri edir. Bununla bərabər, müasir dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması da prioritet məsələlərdən biridir.

Nəhayət, müasir dünyada miqrasiya proseslərində iştirak edən ən həssas əhali qruplarından birinə məhz əlilliyi olan şəxslər daxildir. Bunu nəzərə alaraq, hazırda əlilliyi olan şəxslərin hüquqları və qanuni maraqlarının müdafiəsini, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasını, həmçinin onlara müasir səviyyədə diqqət və qayğının göstərilməsini təmin edən beynəlxalq hüquqi mexanizmlər (mühüm beynəlxalq sənədlər və təşkilati strukturlar) formalaşdırılır və təkmilləşdirilir ki, qeyd edilənlər də müvafiq sahədə hərtərəfli araşdırmaları tələb edir.

Tədqiqatın əsas məzmunu.

Məlumat mübadiləsinin və yerdəyişmələrin artması nəticəsində meydana gələn vahid siyasi məkanın formalaşması ilə əlaqədar olmaqla bərabər, təhlillərdə də qeyd edildiyi kimi, qloballaşma həm də beynəlxalq hüquqi məzmunda və onun prioritetində xalqların, millətlərin siyasi, iqtisadi, sosial və mədəni inkişafının ümumi təhlükəsizlik sisteminə inteqrasiyasına aparır [6, s.19].

Qloballaşma dövründə beynəlxalq əlaqələrin sürətli inkişafı miqrasiya prosesinə də öz təsirini göstərdiyi üçün dövlətlərin miqrasiya qanunvericilikləri son dövrlər ərzində böyük inkişaf yolu keçmiş və müasir dövrün beynəlxalq standartlarına sürətlə uyğunlaşmağa çalışır. Lakin hazırda bu sahədə mövcud olan bir sıra problemlərin həlli məqsədilə, həm beynəlxalq-hüquqi sənədlərin, həm də dövlətlərin milli qanunvericiliklərinin inkişaf etdirilməsi olduqca zəruri məsələlərdəndir. Bu sahələr içərisində miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və s. xüsusi yer tutur [7, s.3-5] .

Hüquq ədəbiyyatında haqlı olaraq qeyd edilir ki, miqrasiya XXI əsrin əsas, müəyyənedici hadisələrindən biridir. Hazırda miqrasiya bütün ölkələrin və regionların ictimai-iqtisadi həyatının ən əhəmiyyətli, qaçılmaz və potensial olaraq faydalı hissəsini təşkil etdiyindən bu gün artıq miqrasiyanın zəruriliyi haqqında sual nəinki qarşıya qoyulmur, əksinə miqrasiyanın səmərəli tənzimlənməsini necə təmin etmək, onun müsbət nəticələrini gücləndirmək və mənfi nəticələrini azaltmaq üçün hansı işlərin görülməsi aktuallıq kəsb edir [6, s.197]. Bu isə, dövlətlərin qeyd edilən sahədə səmərəli əməkdaşlığından bilavasitə asılı məsələlərə xüsusi diqqət yetirilməsini zəruri edir.

Dünyada cərəyan edən qloballaşma əsasında miqrasiya proseslərini tənzimləmək, həmçinin dövlətlərdəki miqrasiya axınlarını nəzarətdə saxlamaqla beynəlxalq hüquqa uyğun olaraq daxili qanunvericiliklə səmərəli idarə etmək məqsədilə geniş miqrasiya siyasəti həyata keçirilir. Miqrasiya siyasətinin və bu istiqamətdə prinsiplərin düzgün müəyyən edilməsində isə əsas prioritet məsələlərin nəzərə alınması zəruridir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki,

[2]. Qeyd edilənlər isə bilavasitə Azərbaycan Respublikası Konstitusiyasının 10, 12, 148-2, 151-ci maddələrinə uyğun müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulması əks etdirilmiş, 12-ci maddənin 1-ci hissəsində isə qeyd edilmişdir ki, insan və Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır [2]. Qeyd edilənlər isə bilavasitə Azərbaycan Respublikası Konstitusiyasının 10, 12, 148-2, 151-ci maddələrinə uyğun müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə münasibətlərinin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulması əks etdirilmiş, 12-ci maddənin 1-ci hissəsində isə qeyd edilmişdir ki, insan və 

vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir [1].

Qlobal proseslər fonunda baş verən hadisələr ümumdünya miqrasiya proseslərinin formalaşmasına və miqrasiya axını dövriyyəsinin sürətlənməsinə də təkan vermişdir. Müasir dövrdə miqrasiya axını dedikdə, dünya əhalisinin müxtəlif (siyasi, iqtisadi, sosial və mədəni) xarakterli dövriyyəsini özündə ehtiva edən bir proses başa düşülür. Bu zaman miqrasiya qloballaşma prosesinin tərkibinə çevrilməklə yanaşı, müəyyən müsbət və mənfi təsirləri də özündə birləşdirir. Eyni zamanda, miqrasiya qlobal və regional cəhətdən əhəmiyyətli bir proses olduğundan özü ilə müəyyən tərkiblərin formalaşmasının əsaslarını meydana gətirmişdir [9, s.115].

Miqrasiyanın dünyanın regionları arasında qeyri-bərabər bölünməsi və inkişafı da problemin mürəkkəbliyini göstərir. Belə ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin məlumatına əsasən, 2017-ci ildə bütün beynəlxalq miqrantların 67%-i 20 ölkədə məskunlaşmışdır. Beynəlxalq miqrantların ən böyük hissəsi kimi 50 milyon insan təkcə ABŞ-da yaşayır. Səudiyyə Ərəbistanı, Almaniya, Rusiyada təxminən 12 milyon beynəlxalq miqrant yaşayır. BMT məlumatlarına əsasən, 2014-cü ildə məcburi miqrasiyanın ən yüksək səviyyəsi qeydə alınmışdır. Belə ki, 59,5 milyon insan təqiblər, silahlı münaqişələr, zorakılıqlar və ya insan hüquqlarının pozulması səbəbindən digər ölkələrə məcburi şəkildə miqrasiya etmişdir [6, s.198].

Ümumiyyətlə, qloballaşan dünyada miqrasiya sahəsində yaranan proseslər hazırki vəziyyət və perspektivlərin dəyişməsinə, dövlətlərin daxili və xarici miqrasiya siyasətində yaranan mənfi nəticələrin aradan qaldırılmasına və bu sahədəki idarəetmənin çevik mexanizmlər və yüksək standartlar əsasında təkmilləşdirilməsinə gətirib çıxarmışdır. Münasibətlərin hüquqi tənzimlənməsi zərurəti isə “miqrasiya hüququ” termininin yaranmasına gətirib çıxarmışdır ki, burada da beynəlxalq hüququn mühüm sahəsi kimi “beynəlxalq miqrasiya hüququ” və milli hüququn sahəsi kimi “miqrasiya hüququ” fərqləndirilə bilər. Ümumi mənada miqrasiya hüququ dedikdə isə, miqrasiya proseslərinin hüquqi müstəvidə tənzimlənməsi və miqrantların müxtəlif kateqoriyalarının hüquqi statusunun müəyyən edilməsi, həmçinin bu sahədə hüquq normalarının qəbul edilməsi başa

düşülürM. üvafiq sferada hüquq normalarının qəbul edilməsi həm beynəlxalq, həm də milli hüquqi

aspektləri əhatə edir. Beynəlxalq sənədlər kimi, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1996-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların 

statusu haqqında 1951-ci il tarixli Konvensiya və bu Konvensiyaya 1967-ci il tarixli Protokol, Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyaya 2000-ci il tarixli Miqrantların quru, dəniz və hava yolu ilə qeyri-qanuni daşınması əleyhinə Protokol, Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyaya İnsan alverinin, xüsusilə qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması, onlara görə cəzalar haqqında 2000-ci il tarixli Protokol, Bütün əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında 1990-cı il tarixli Konvensiya və s. qeyd edilə bilər. Bundan başqa, müxtəlif regionlar üzrə qəbul edilmiş regional beynəlxalq sənədlər də miqrasiya sahəsində tənzimetmədə mühüm yer tutur. Avropa Şurası və Avropa İttifaqı çərçivəsində

bir sıra əhəmiyyətli beynəlxalq sənədlər də qəbul edilmişdir.
Beləliklə, insan hüquqları amilindən çıxış etsək, qeyd edə bilərik ki, yaşadığımız dövrün

çətin və təlatümlü hadisələrlə zəngin olmasına baxmayaraq, bu gün dünyada miqrasiya idarəçiliyi sahəsində prosesdə iştirak edən əhali kateqoriyasının hüquq və mənafelərinin müdafiə edilməsi, beynəlxalq öhdəliklərin və milli qanunvericiliyin müddəalarının yerinə yetirilməsi, miqrasiya strategiyasının inkişaf etdirilərək müasir yanaşmanın tətbiq edilməsi, eləcə də, qanunsuz miqrasiyanın qarşısının alınması prioritet məqsədlərdən biridir.

1989-cu ildə keçirilmiş Beynəlxalq Miqrasiya Təşkilatının 59-cu sessiyasında “miqrasiya” və “miqrant” anlayışı bu şəkildə izah olunmuşdur ki, “miqrasiya hər bir dövlətin inkişafının ayrılmaz hissəsi, miqrant isə bir dövlətdən digərinə hərəkət edən, beynəlxalq təşkilatların həyata keçirdiyi, beynəlxalq miqrasiya xidmətinə ehtiyacı olan şəxsdir” [16, s. 13]. Qeyd etmək lazımdır ki, hələ 1880-ci ildə tanınmış alim E.Ravenşteyn indiyə qədər miqrasiyanın müasir nəzəriyyəsinin əsasını təşkil edən əhalinin miqrasiyası nəzəriyyəsini yaratmışdı ki, bunlar da hazırda beynəlxalq və 

milli hüquq yaradıcılığında nəzərə alınır [11, s. 14]. Müasir dövrdə isə, hüquq ədəbiyyatında beynəlxalq miqrasiyanın əsasən bir sıra müasir tendensiyaları fərqləndirilir: qeyri-leqal və məcburi miqrasiyanın artması, beynəlxalq miqrasiyanın demoqrafik əhəmiyyətinin artımı, qanunsuz miqrasiyaya qarşı səmərəli mübarizənin olmaması və s.

Bu gün müasir dünya dövlətləri tərəfindən miqrasiya axınının yaratdığı müsbət cəhətlərə əsaslanaraq, miqrasiya idarəçiliyində milli, regional və beynəlxalq səviyyədə səmərəli və effektiv fəaliyyət həyata keçirilir. Azərbaycan Respublikasında miqrasiya sahəsində həyata keçirilən vahid dövlət siyasəti və hüquqi mexanizmlərin tətbiq edilməsi nəticəsində əldə edilən nailiyyətlər və inkişaf perspektivləri, həmçinin beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilən yerli qanunvericilik miqrantlara müasir, çevik və innovativ xidmətlərin göstərilməsi ilə nəticələnmişdir və bu da öz növbəsində ölkəmizi miqrantlar üçün daha münasib məkana çevirmişdir. Bu barədə Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir” [10, s.37].

Məlum olduğu kimi, qlobal proseslər fonunda Azərbaycan Respublikasının yüksək iqtisadi inkişafı nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən miqrasiya idarəçiliyinin vahid konsepsiya əsasında formalaşdırılması məqsədilə 13 iyul 2004-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası təsdiq edilmiş, daha sonra 2006-2008-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramı qəbul olunmuş, son olaraq ölkəmizdə miqrasiya üzrə vahid nəzarət mexanizminin formalaşdırılması üçün müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Azərbaycan Respublikasında miqrasiya sahəsində idarəetmənin beynəlxalq təcrübənin ciddi şəkildə nəzərə alınması istiqamətində formalaşdırılması əsas hədəflərdəndir. Bundan başqa, hər bir istiqamətdə olduğu kimi miqrasiya sahəsində də dövlət idarəçiliyi mədəniyyətinə aid məsələlərin nəzərə alınması zəruridir [8, s.343]. Qeyd edilənlər hazırda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla həyata keçirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 19 mart 2007-ci il tarixli 560 saylı Fərmanına əsasən yaradılmış Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Bundan əlavə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə onların ailə üzvləri ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər və onların hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və yerli qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıla bilər [2].

BMT yarandığı gündən etibarən, əlilliyi olan insanlar üçün cəmiyyətdə təhlükəsiz mühitin, bərabər şərtlərin və imkanların formalaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, ötən əsrin 70-ci illərində BMT tərəfindən əlilliyi olan insanların lazımi həyat səviyyəsinin və sosial müdafiəsinin təmini istiqamətində aparılan dəyirmi masa müzakirələri sonda beynəlxalq səviyyəli konsepsiyada

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2004-cü il tarixli 94 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyasına əsasən, ölkənin inkişafı və daxili təhlükəsizliyini nəzərə alaraq, qloballaşan dünyada ölkədə miqrasiya idarəetmə siyasətinin formalaşdırılması, bu sahədə baş verə biləcək mənfi təsirlərin qarşısının alınması, bütün miqrantların hüquq və azadlıqlarının beynəlxalq hüquqi prinsiplər gözlənilməklə qorunması, lazımi dövlət yardımı və özünütəminat məsələsinə köməklik göstərilməsi, habelə qeyri-qanuni miqrasiya hallarının qarşısının alınması, bu sahədə vahid dövlət informasiya sisteminin qurulması və milli qanunvericiliyimizin təkmilləşdirilməsi məqsədilə beynəlxalq səviyyədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi başlıca məqsədlərdir [3].

Bundan əlavə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə onların ailə üzvləri ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər və onların hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və yerli qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıla bilər [2].

BMT yarandığı gündən etibarən, əlilliyi olan insanlar üçün cəmiyyətdə təhlükəsiz mühitin, bərabər şərtlərin və imkanların formalaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, ötən əsrin 70-ci illərində BMT tərəfindən əlilliyi olan insanların lazımi həyat səviyyəsinin və sosial müdafiəsinin təmini istiqamətində aparılan dəyirmi masa müzakirələri sonda beynəlxalq səviyyəli konsepsiyada 

təşəkkül tapmışdır. Belə ki, 1975-ci ildə Əlilliyi olan şəxslərin hüquqları haqqında Bəyannamənin qəbul edilməsi buna ən bariz nümunədir.

1981-ci ildə BMT tərəfindən əlilliyi olan şəxslərin hüquqları və əsas azadlıqlarının səmərəli və bərabər səviyyədə təmini və təşviqi, həmçinin onların azadlıq və şəxsi toxunulmazlığına hörmət edilməsi məqsədilə Əlilliyi olan şəxslərlə bağlı Beynəlxalq Proqram qəbul edilmişdir və bu da öz növbəsində əlilliyi olan insanlara münasibətdə bərabərlik prinsipini nəzərdə tutan standartların tanınması ilə nəticələnmişdir. Daha sonra, 13 dekabr 2006-cı il tarixdə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və Fakultativ Protokolda ayrı- seçkilik, qeyri-insani rəftar və digər hüquqpozmaların qarşısının alınması, əlilliyi olan şəxslərin cəmiyyətə tam və sərbəst inteqrasiyasının təşkili məqsədilə sosial təminatının inkişaf etdirilməsi, habelə onların əlillik xüsusiyyətlərinə hörmətlə yanaşılması prinsipləri geniş şəkildə əhatələnmiş və dövlətlər qarşısında qoyulan öhdəliklərin yerinə yetirilməsi zəminində vahid nəzarət mexanizminin formalaşdırılması, eləcə də, müvafiq təhlil və koordinasiya mərkəzlərinin yaradılması vurğulanmışdır. Eyni zamanda, Konvensiyanın 18-ci maddəsində iştirakçı dövlətlər tərəfindən əlilliyi olan insanların sərbəst hərəkət etmək, müvafiq yaşayış yeri seçmək və vətəndaşlıq əldə etmək hüquqlarına, 11-ci maddədə isə fövqəladə hallar, silahlı münaqişələr, təbii fəlakətlər və digər təhlükəli vəziyyətlərdə müdafiə tədbirlərinin təşkilinə xüsusi diqqət yetirilməsinin zəruriliyi qeyd edilmişdir [12].

Əlilliyi olan şəxslərin, xüsusilə də, qadın və uşaqların miqrasiya proseslərində mənfi və qeyri-mütənasib təsirə məruz qalması gələcəkdə onların insan alveri, miqrant qaçaqmalçılığı və məcburi əmək kimi problemlərlə üzləşməsinə şərait yarada bilir. Bundan əlavə, bu dövrdə silahlı münaqişələr və müharibələr, iqlim dəyişikliyi, eləcə də, yaşayış şəraitinin çətinliyi əlillik vəziyyətini yaratmaqla yanaşı, mövcud vəziyyətdə ağır fəsadlarla nəticələnir. Lakin qlobal əlilliyin sürətlə yayılmasına baxmayaraq, hazırkı dövrdə əlilliyi olan miqrantlarla bağlı rəsmi statistika mövcud deyildir. Bununla belə, Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankı tərəfindən aparılan statistik göstəricilərə əsasən, 2019-cu ildə məcburi köçkün olan 80 milyona yaxın insanın təxminən 12 milyonunu, 2020-ci ilin sonunda isə 82,4 milyona yaxın insanın təxminən 12,4 milyonunu əlilliyi olan şəxslərin təşkil etdiyi göstərilmişdir [8].

Qeyd edilməlidir ki, məcburi köçkün əhalisi arasında əlilliyin yayılması birbaşa olaraq hərbi toqquşmalar səbəbindən olduğundan, bu göstəricinin daha yüksələ biləcəyi qaçılmazdır. Faktiki olaraq, son illər dünyada baş verən xaotik hadisələrin və silahlı münaqişələrin artması miqrant böhranının böyüməsinə səbəb olmuşdur. Belə ki, uzun müddət ərzində Ermənistan tərəfindən törədilən beynəlxalq cinayətlər nəticəsində, 1 milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüş, əlilliyi olan şəxslərin sayı kifayət qədər artmış, nəhayət, bu gün torpaqlarımızın geri qaytarılmasına baxmayaraq, təhlükəsizlik nöqteyi-nəzərindən həmin şəxslərin geri qayıtmaq hüquqlarının reallaşmasında xeyli problemlər yaranmışdır. Qeyd edilənlər isə, Azərbaycan Respublikasının kifayət qədər problemlərlə üzləşməsinə gətirib çıxarmışdır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə ölkədəki əlillik göstəricisi kəskin səviyyədə artmışdır. Belə ki, öz dədə-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş əhali arasında əlillik 6,5 faizə çatmışdır [18].

“Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”da haqlı olaraq qeyd edilir ki, Azərbaycan ərazilərinin işğalı zamanı pozulmuş insan hüquqlarını birbaşa və dolayı yolla pozulan insan hüquqları olaraq təsnifləşdirsək, pozulmuş birbaşa hüquqların, xüsusilə yaşamaq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, mülki və iqtisadi hüquqların nəticəsi olaraq sosial təminat hüququ da pozulmuşdur. Məsələn, yaşamaq hüququnun pozulmasına görə ailə başçısını itirmə, valideynlərini itirmə, əlil olma; iş yerlərini itirməyə görə əmək hüququ, layiqli həyat səviyyəsi hüququ; mülkiyyət hüququnun pozulmasına görə nikah hüququ (evi olmadığı üçün ailə qura bilməyənlər), təhsil hüququnun pozulması (dağılmış təhsil ocaqlarına görə) və s. Sosial təminat hüququnun pozulması müharibə dövründə və daha sonra işğal zamanı müşahidə olunur. Belə ki, müharibə sosial təminata ehtiyacı olan şəxslərin (ailə başçısının itirilməsi, əlillik, yaşayış yerinin itirilməsi və s.) sayının ciddi şəkildə artmasına təkan vermişdir.

Qeyd etmək lazımdır ki, işğal nəticəsində bir milyona yaxın məcburi köçkün sosial təminata möhtac qalan şəxslər sırasına aid edildi. Bu fakt, həmin şəxslərin sosial təminat hüquqlarının təmin edilməsini gündəmə gətirməklə, Azərbaycanın büdcəsində əlavə maliyyə yükü yaratdı. Buna baxmayaraq, Azərbaycan həyata keçirdiyi sosial yönümlü siyasəti ilə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atdı. Bu addımlar, təbii ki, kifayət qədər maliyyə vəsaiti hesabına hər il dövlət büdcəsindən geniş ayrılmalar hesabına reallaşdırılmışdır [4, s.

51-52].Bununla yanaşı, əlilliyi olan şəxslərin hüquq və mənafelərinin müdafiəsinin, sosial vəziyyətlərinin yaxşılaşdırılmasının, həmçinin onların ehtiyaclarının yüksək səviyyədə qarşılanmasının zəruriliyi beynəlxalq miqyasda qəbul edilsə də, tarixən bu konteksdə əlilliyi olan qaçqın, məcburi köçkün və miqrantlara geniş yer verilməmişdir. 1982-ci ildə qəbul olunan Əlillərlə bağlı Ümumdünya Fəaliyyət Proqramında hazırda qaçqınlar və miqrantlar arasında əlilliyi olan şəxslərin üzləşdikləri ayrı-seçkilik və qeyri-münasib yaşayış standartlarının qarşısının alınmasının vacibliyi və təxirəsalınmazlığı da qeyd edilmişdir [15]. 1993-cü ildə qəbul olunan Əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə Birləşmiş Millətlər Təşkilatının Standart Qaydalarının 21-ci bəndində isə göstərilir ki, əlilliyi olan qaçqın və miqrantların sosial imkanlarının bərabərləşdirilməsinə nail olmaq üçün qəbul edilən bütün tədbirlər ümumi inkişaf proqramlarına inteqrasiya edilməlidir [13].

2010-cu ildə qəbul olunan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin 110 saylı yekun Qərarında əlilliyi olan qaçqınların istənilən növ ayrı-seçkilikdən qorunmasının, onlara sosial, tibbi, sənədləşmə (operativ və sistematik şəkildə qeydiyyata alınmasının təmin edilməsi) və digər növ yardımların göstərilməsinin, bununla belə, mütəmadi şəkildə bütün ehtiyaclarının qarşılanmasının zəruriliyi nəzərə çatdırılmışdır [17]. Eyni zamanda, 2015-ci ildə təsdiq edilən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilədək Davamlı inkişaf sahəsində Gündəliyinin 10-cu Məqsədində əlilliyi olan şəxslərin cəmiyyətin bərabərhüquqlu üzvləri kimi qəbul edilərək, səlahiyyətlərinin genişləndirilməsi, təhlükəsiz, nizamlı və qanuni miqrasiyasının və mobilliyinin asanlaşdırılması ilə yanaşı, gələcək beynəlxalq müstəvidə əlillik və miqrasiya sahələri arasında əlaqənin gücləndiriləcəyi vurğulanmışdır [14].

Beləliklə, beynəlxalq hüquqi sənədlərdə əlilliyi olan insanların sosial təminatının yaxşılaşdırılması, sərbəst hərəkət, sağlamlıq, təhsil, fərdi reabilitasiya, məşğulluq və digər hüquq və azadlıqlarının təmin edilməsi, eyni zamanda cəmiyyətin tam bərabərhüquqlu üzvləri kimi çıxış etməsi istiqamətində bir sıra mühüm müddəalar əks olunmuşur. Cəmiyyət arasında əlilliyə münasibətdə sosial siyasətin dəyişdirilməsində və insan hüquqlarının mühüm dəyərlərinin təbliğ edilməsində belə hüquqi sənədlərin çox böyük rolu vardır.

Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, eləcə də, onlara müasir səviyyədə diqqət və qayğının göstərilərək cəmiyyətdə digər vətəndaşlar kimi bərabər imkanların formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmiş, həmçinin dövlətimiz BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına və Fakultativ Protokoluna qoşulmuşdur. Bu gün dövlətimiz tərəfindən mövcud olan öhdəliklərin yerinə yetirilməsi məqsədilə mühüm işlər həyata keçirilir və gələcəkdə bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə ciddi təşəbbüslər göstərilir.

31 may 2018-ci il tarixində qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu əlilliyi olan şəxslərin hüquq və qanuni maraqlarının inzibati və məhkəmə qaydasında müdafiəsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı- seçkiliyin bütün formalarının, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzanın qarşısının alınması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına şərait yaradılması, onların lazımi həyat səviyyəsinin təmin edilməsi və bu sahədə yaranan digər münasibətləri tənzimləyir [5]. Bunun nəticəsi olaraq, bu gün miqrasiya prosesində iştirak edən həssas əhali kateqoriyasına çoxlu sayda əlilliyi olan şəxslər daxildir ki, hazırkı dövrdə onların fərdi hərəkət azadlığı, sosial və digər hüquqi təminatı, eləcə də, reabilitasiyası kimi məsələlər daim diqqət mərkəzində saxlanılmaqdadır.

Qeyd edilən istiqamətlərdə digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikasının Ombudsman təsisatı tərəfindən də ölkəmizdə fəal miqrasiya siyasətinin həyata keçirilməsi, miqrantların hüquqlarının təmin edilməsi, o cümlədən bu sahədə milli mexanizmlərin beynəlxalq təcrübələrə əsaslanaraq təkmilləşdirilməsi məqsədilə dünyanın nüfuzlu beynəlxalq təşkilatları, onların ölkəmizdəki daimi nümayəndəlikləri, eləcə də, Dövlət Miqrasiya Xidməti ilə sıx və işgüzar əməkdaşlıq əsasında yüksək səviyyəli tədbirlər həyata keçirilir. Belə ki, Müvəkkil institutu tərəfindən fəaliyyətə başladığı ilk dövrdən etibarən, bu əməkdaşlıq çərçivəsində miqrasiya sahəsində mühüm əhəmiyyət kəsb edən ictimai və hüquqi maarifləndirmə tədbirlərinin və beynəlxalq konfransların təşkil edilməsi, Müvəkkilin ünvanına bu istiqamətdə daxil olan müraciətlərin araşdırılaraq çevik, peşəkar və qanunamüvafiq xidmət göstərilməsinin təmin edilməsi, eləcə də, Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində fəaliyyət göstərən Milli Preventiv Qrup tərəfindən davamlı olaraq Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən qanunsuz miqrantların saxlanma mərkəzlərinə öncədən xəbərdarlıq etmədən başçəkmələrin həyata keçirilməsi, bu zaman onların saxlanma şəraiti, qidalanması, tibbi və sosial təminatının yoxlanılaraq lazımi tapşırıq və tövsiyələrin verilməsi ilə yanaşı, cəmiyyətdə ictimai məlumatlılığın və təbliğatın aparılması məqsədilə həm Azərbaycan dilində, həm də digər xarici dillərdə hüquqi nəşr və vəsaitlərin hazırlanması, həmçinin təsisatda bu sahədə məqsədyönlü və daha müasir standartları özündə ehtiva edən fəaliyyətin həyata keçirilməsi istiqamətində işçi qrupunun yaradılması kimi çoxşaxəli və davamlı siyasət yerinə yetirilir [20]. Eyni zamanda, 2023-cü ildə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilmiş dəyişikliyə əsasən, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi də Müvəkkilin səlahiyyətlərinə daxil edilmişdir.

Tədqiqat üzrə əldə edilən nəticələr.

Yekun olaraq qeyd edilməlidir ki, istənilən sahədə olduğu kimi, miqrasiya sahəsində də uğurlu siyasət çərçivəsində yeni növ islahatların həyata keçirilməsi, həm daxili, həm də xarici miqrasiyasının xüsusiyyətləri nəzərə alınmaqla institusional mexanizmlərin formalaşdırılması və milli qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində bu gün Azərbaycan Respublikası dünyanın bir çox ölkələrində mövcud olan miqrant böhranı təhlükəsi ilə üzləşməmişdir. Ümidvarıq ki, görülən işlərin məntiqi davamı olaraq, yaxın gələcəkdə dövlətimizdə qeyri-qanuni miqrasiya da daxil olmaqla, miqrasiya sahəsində münasibətlərin səmərəli tənzimlənməsi və mövcud olan problemlərin həll edilməsi istiqamətində də beynəlxalq sferada mühüm fəaliyyətlər həyata keçiriləcəkdir. Bura dövlətimizin qeyd edilən sahədə beynəlxalq mexanizmlərlə sıx əməkdaşlığı, regional və ikitərəfli beynəlxalq müqavilələrin imzalanması, mühüm beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak və s. kimi məsələlər daxil edilə bilər.

Bundan başqa, miqrasiya problemi əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə də ciddi təsir etdiyindən bu istiqamətdə də kompleks tədbirlərin həm beynəlxalq hüquq, həm də milli hüquq çərçivəsində qəbul edilməsi zəruridir. Burada ilk növbədə, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə qəbul edilməsi zəruri olan BMT Baş Məclisinin qətnamələrini, Əlilliyi olan şəxslərin hüquqları üzrə BMT Komitəsinin bir sıra tövsiyələrini, nəhayət, regional beynəlxalq təşkilatlar çərçivəsində bir sıra beynəlxalq sənədləri və s. qeyd etmək olar.

Nəhayət, miqrasiya proseslərinin tənzimlənməsi, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi kimi iki mühüm istiqamətdə qəbul edilmiş beynəlxalq sənədlərin müddəaları əsas götürülməklə həm qanunvericlik, həm də təşkilati mexanizmlər səviyyəsində milli sistemlərin təkmilləşdirilməsi, son nəticədə isə, qeyd edilən sahədə ictimai nəzarət olaraq qeyri-hökumət təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi zəruridir.

İstifadə olunmuş mənbələr:

  1. Azərbaycan Respublikasının Konstitusiyası –https://e-qanun.az/framework/897

  2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi – https://e-qanun.az/framework/46959

  3. Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası- https://e-

    qanun.az/framework/6306

  4. Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq

    hesabat. Bakı, BDU, 2021, 326 s.

  5. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu - https://e-

    qanun.az/framework/39591

  6. Əliyev Ə.İ. İnsan hüquqları. Dərslik. Bakı, “Nurlar” nəşriyyatı, 2019, 352 s.

  7. Əliyeva S.Y. Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının

    Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası. Bakı, “Vahid – M” MMC,

    2019, 256 s.

  8. Məmmədov F.T. İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi. Dərs vəsaiti. Bakı,

    “Apostrof” Çap Evi, 2013, 672 s.

  9. Nəsibov E.M. Miqrasiyanın əsasları. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2014, 240 s.

  10. Rəcəbli H.M. Müstəqillik dövründə respublikada demoqrafik vəziyyət. Bakı, Odlar yurdu.

    2006. 310 s.

  11. Digby Bob.Global Challenges. Student's Book. Per Le Scuole Superiori. Oxford, Heinemann,

    2001, 256 p.

  12. UN Convention on the Rights of Persons with Disabilities

    (Adopted by the General Assembly). A/RES/61/106. 12 December 2006.

  13. UN Standard Rules on the Equalization of Opportunities for Persons with Disabilities

    (Adopted by the General Assembly). A/RES/48/96. 4 March 1994.

  14. UN Sustainable Development Goals. Envision2030:17 Goals To Transform The World For

    Persons With Disabilities

  15. UN World Programme of Action Concerning Disabled Persons

    (Adopted by the General Assembly). 3 December 1982.

16.Похлебаева А.В. Понятие миграции //Журнал международного права и

международных отношений, 2005, No 3, с. 12-18.

  1. https://www.unhcr.org/publications/conclusion-refugees-disabilities-and-other-persons-

    disabilities-protected-and-assisted

  2. https://www.azerbaijan-news.az/view-111125/elillere-qaygi-dovletin-sosial-mudafie-

    strategiyasinin-prioritetlerindendir

  3. https://www.migrationdataportal.org/themes/disability-and-human-mobility

  4. https://ombudsman.az/az/

Səbinə Əliyeva

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru. (raliyeva@yahoo.com)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.