Şriftin ölçüsü :

Saytın rəngi :

#ekologiyahüququ #hüquqimaarifləndirmə - "Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" BMT-nin Konvesiyası (Orxus Konvensiyası)

04.03.2024

  Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı Orxus Konvensiyası BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən Danimarkanın Orxus şəhərində 25 iyun 1998-ci il tarixində Avropa Ətraf Mühit Nazirlərinin IV Konfransında Avropa üçün Ətraf Mühit Prosesi çərçivəsində imzalanmışdır.

  Ölkəmizin də qoşulduğu konvensiya"mövcud və gələcək nəsillərdən olan hər bir kəsin öz sağlamlığına uyğun olan bir mühitdə yaşamaq hüququnu" tanıyan ilk beynəlxalq sənəddir. Bu konvensiya həmçinin ətraf mühit məsələləri ilə bağlı ictimai məlumatların əldə edilə bilməsi, ekoloji qərarların qəbul edilməsində iştirak etmək və ekoloji qərarlarla bağlı müstəqil m əhkəmələrə çıxış imkanına malik olmaq hüququnu tanıyır. Əsasən Avropa və Mərkəzi Asiya ölkələri tərəfindən ratifikasiya edilməsinə və çox zəif bir monitorinq mexanizminə malik olmasına baxmayaraq, konvensiya ətraf mühit və insan hüquqlarının birləşməsi ilə qlobal əhəmiyyət daşıyır.

  Konvensiyanın məqsədi insan sağlamlığı və rifahı üçün sağlam bir ətraf mühitin qorunmasına dəstək olmaq, məlumat əldə etmək, qərar vermə prosesində ictimaiyyətin iştirakı və ətraf mühit məsələlərində ədalətə çatmaqdır.

  Hər bir tərəf Konvensiyanın müddəalarının həyata keçirilməsi üçün aydın, açıq və ardıcıl bir çərçivə yaratmaq və qorumaq üçün lazımi qanunvericilik və tənzimləmə tədbirlərini görməyə borcludur.

  Konvensiya Azərbaycan Respublikası tərəfindən 9 noyabr 1999-cu il tarixdə ratifikasiya edilmişdir. 

  İctimaiyyətin ətraf mühitə dair informasiya ilə təmin edilməsi Orxus Konvensiyası ratifikasiya edilməmişdən öncə də Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulurdu. Lakin bu normalar çərçivə xarakteri daşıyan Qanunlarda ifadə olunduğu və onların qanunqüvvəli aktlarla zəruri prosedurları yaradılmadığı səbəbindən deklarativ xarakterli olaraq qalırdı. Konvensiyanın ratifikasiyasından sonra “Ətraf mühitə dair informasiyanın əldə edilməsi haqqında” Azərbaycan respublikasının Qanunu və Nazirlər Kabinetinin bir sıra qərarları qəbul edildi və prosedurların hazırlanması istiqamətində müəyyən iş görüldü.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.