Şriftin ölçüsü :
Saytın rəngi :
Məlum olduğu kimi 2024-cü il iyulun 1-dən etibarən Rəqabət Məcəlləsi qüvvəyə minir və Məcəllə qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunları ləğv edilir.
Bu Məcəllə Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Məcəllədə aşağıda qeyd olunan əsas anlayışlar öz əksini tapıb:
dempinq – malların daxili bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı və ya maya dəyərindən aşağı qiymətə satılması.
şaquli saziş – bir-biri ilə alqı-satqı münasibətində olan və ya ola bilən və rəqib olmayan təsərrüfat subyektlərinin və ya digər subyektlərin öz aralarında bağladıqları, yaxud təsərrüfat subyektləri ilə digər subyektlər arasında bağlanılan saziş
üfüqi saziş – müvafiq bazarda fəaliyyət göstərən və bir-biri ilə rəqib olan (o cümlədən potensial rəqib ola bilən) təsərrüfat subyektlərinin və ya digər subyektlərin öz aralarında bağladıqları, yaxud təsərrüfat subyektləri ilə digər subyektlər arasında bağlanılan saziş
kartel sövdələşməsi – rəqabətin məhdudlaşdırılması məqsədilə bağlanılmış və Rəqabət Məcəlləsi ilə qadağan edilən üfüqi saziş
qiymət manipulyasiyası – bazarın ümumi tələblərindən asılı olmadan hökmran mövqe tutmuş təsərrüfat subyekti tərəfindən rəqabətin məhdudlaşdırılması məqsədilə həyata keçirilən və ya rəqabət qanunvericiliyini pozmaqla qiymətlərin azaldılması, bir səviyyədə saxlanılması və yüksəldilməsindən ibarət hərəkətlər.
nou-hau – satıcının təcrübə və sınaqlar əsasında əldə etdiyi, patentləşdirilməyən və təcrübəyə aid olan, sahibinin mülahizəsinə əsasən hər kəsə məlum olmayan və asanlıqla əldə edilə bilməyən, alıcı tərəfindən məhsulun istifadəsi, satışı və ya təkrar satışı üçün vacib əhəmiyyətli və faydalı olan və gizlilik və mühümlük tələblərinə cavab verməsinin təsdiqlənməsi üçün hərtərəfli və ətraflı olaraq təsvir olunan məlumat məcmusu.
təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün daha səmərəli olan bazarın vəziyyəti;
dövlət inhisarı – təqdim etdiyi məhsullarla bağlı fəaliyyəti rəqabət qanunvericiliyi ilə tənzimlənməyən, inhisarlaşan bazarda fəaliyyətinə nəzarət və tənzimləmə üsulları dövlət tərəfindən müəyyən edilən inhisar.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı