Şriftin ölçüsü :

Saytın rəngi :

Hüquqi şəxsdə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb

22.02.2024

  “Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

  Araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərinin xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

  Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

  Hazırda iş üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.