Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqikazus #cinayətprosessualhüquq #uşaqhüquqları - Qiyabi icraat aparıla bilərmi? (2)

19.02.2024

Kazus: A Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə dəfələrlə istintaqa çağırılmasına, barəsində axtarış elan edilməsinə baxmayaraq istintaqdan qaçıb gizlənmiş, görülmüş bütün tədbirlər müsbət nəticə vermədiyindən A-nın təqsirləndirilməsinə dair cinayət işi üzrə müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında  məhkəmənin qərarı ilə qiyabi icraat başlanmış və istintaq tamamlanaraq cinayət işi ittiham aktı ilə birlikdə təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir.

Cinayət işi ittiham aktı ilə birlikdə prokurora təqdim edildikdən 3 gün sonra A könüllü gələrək istintaqda iştirak etmək istədiyini bildirmişdir. Müstəntiq bu barədə prokurora məlumat vermişdir.

Prokuror ittiham aktını təsdiq etməkdən imtina etmiş və cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi barədə qərar qəbul edərək ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmışdır.

Sual: Cinayət təqibi üzrə qiyabi icraata xitam verilərək işin müstəntiqə qaytarılması barədə qərar qanunidirmi?*

Cavab: Belə ki, Cinayət-Prosessual Məcəllənin 467-14.1-ci maddəsinə əsasən  cinayət işinə ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən baxılarkən təqsirləndirilən şəxs könüllü gəldikdə və ya cinayət prosesini həyata keçirən orqanın sərəncamına verildikdə prokuror dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi və ibtidai istintaqın aparılması üçün cinayət işinin müstəntiqə  qaytarılması barədə qərar qəbul edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.