Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

30.01.2024

  Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.