Şriftin ölçüsü :

Saytın rəngi :

#maarifləndirmə - Yaşıllıqların mühafizəsi (2)

24.01.2024

  Qanunvericilikdə yaşıllıqların mühafizəsi sahəsində dövlətlə yanaşı,  fiziki və hüquqi şəxslərin, eləcə də bələdiyyələrin hüquq və vəzifələri müəyyən edilmişdir.

  Belə ki, Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır:

1. yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək;

2. yaşıllıqların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək;

3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etməkdən ibarətdir.

Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:

1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;

2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;
3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq;  

4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;

5. bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;

6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirməkdir.


Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları:

1. qanunvericiliyin tələblərinə əməl etməklə, yaşıllıqlardan istifadə etmək;

2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq;  

3. şəhərsalma və tikinti layihə sənədlərinin yaşıllıqlarla bağlı hissəsinin hazırlanması və qəbulu prosesində iştirak etmək;

4. yaşıllıqların mühafizəsinə dair məsələlərin müzakirəsində iştirak etmək;

5. yaşıllıqların mühafizəsi sahəsində tələblərin pozulması ilə bağlı inzibati qaydada və məhkəməyə şikayət verməkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.