Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 22-23 yanvar tarixlərində Fransanın Strasburq şəhərində “Korrupsiya risklərinin qiymətləndirilməsi və idarə olunması üsulları” mövzusunda təşkil edilmiş regional seminar keçirilib.
Tədbir çərçivəsində regionda korrupsiya risklərinin qiymətləndirilməsi və idarə olunması metodlarının təkmilləşdirilməsinin mümkün yolları barədə müzakirələr, həmçinin müsbət təcrübələrin mübadiləsi aparılıb.
Seminarda iştirak edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyev, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı və Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin baş məsləhətçisi Şəhla İmanovadan ibarət heyət tərəfindən 2020-2022-ci illər üzrə “Açıq hökumətin təşviqinə dair” və 2022─2026-cı illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” Milli Fəaliyyət Planları çərçivəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, dövlət orqanlarının fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınmasına dair metodologiya və qaydaların hazırlanması istiqamətində görülmüş işlər və gələcək planlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək, maraq doğuran suallar cavablandırılıb.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı