Şriftin ölçüsü :

Saytın rəngi :

#maarifləndirmə - Yaşıllıqların mühafizəsi (1)

23.01.2024

  Yaşıllıqların mühafizəsi dedikdə, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər başa düşülür.

Yaşıllıqların mühafizəsi sahəsində dövlətin vəzifələri:

1. yaşıllıqların mühafizəsi sahəsində dövlət siyasətini müəyyən etmək;

2. yaşıllıqların mühafizəsi ilə bağlı normativ hüquqi aktları hazırlamaq və qəbul etmək;

3. yeni yaşayış və sənaye obyektlərinin layihəsində şəhərsalma normalarına uyğun yaşıllaşdırma tədbirlərinin əks olunmasını təmin etmək;

4. yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək;

5. yaşıllıqların mühafizəsinə dair müvafiq tədbirləri dövlət proqramları çərçivəsində müəyyən etmək və həyata keçirmək;

6. yaşıllıqların salınması və bərpası üçün əkin materialları yetişdirmək məqsədi ilə torpaq sahələri ayırmaq;

7. ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və fitosanitar nəzarəti haqqında qanunvericiliyin, ərazi planlaşdırılması sənədlərinin tələblərini, yerli iqlim şəraitini və torpaqların xüsusiyyətini nəzərə almaqla yaşıllıq salınması üçün faydalı bitki cinsini və növünü müəyyən etmək;

8. şəhərlərin və digər yaşayış məntəqələrinin baş və müfəssəl planları hazırlanarkən yaşıllıq ərazilərinin şəhərsalma normalarına uyğun olmasını təmin etmək;

9. fitosanitar nəzarəti haqqında qanunvericiliyə uyğun olaraq yaşıllıqlara xəstəlik və zərərvericilərin sirayət etməsi dərəcəsinə nəzarət etmək və kompleks mübarizə tədbirlərini həyata keçirmək;

10. yaşıllıqların mühafizəsi sahəsində həvəsləndirici tədbirlər müəyyən etmək;

11. yaşıllıqların mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işini təşkil etməkdən ibarətdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.