Şriftin ölçüsü :
Saytın rəngi :
Xüsusi ittiham dedikdə, yalnız zərərçəkmiş şəxsin (onun nümayəndəsinin) məhkəməyə yazılı şikayəti əsasında başlanan və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda icraatına xitam verilən işlər başa düşülür.
Nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır və bu icraat məhkəmədə prokuror tərəfindən deyil, məhz zərərçəkmişin özü (onun nümayəndəsi) tərəfindən həyata keçirilir.
Bu kateqoriya işlər üzrə cinayət təqibi Cinayət Məcəlləsinin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələri üzrə aparılır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.
Xüsusi ittiham qaydasında cinayət təqibi məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul etdiyi andan başlanır. Həmin andan etibarən məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı, barəsində şikayət verilən isə təqsirləndirilən şəxs hesab olunur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı