Şriftin ölçüsü :
Saytın rəngi :
İmmunoprofilaktika sahəsində vətəndaşların aşağıdakı hüquqları var:
- profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq;
- mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçmək;
- dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq;
- real əks göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək.
İmmunoprofilaktika sahəsində vətəndaşların aşağıdakı vəzifələri var:
- tibb işçilərinin immunoprofilaktika ilə bağlı göstərişlərini yerinə yetirmək;
- epidemik göstərişlərə görə aparılan və ya təqvimdə nəzərdə tutulan profilaktik peyvəndlərdən imtina etməsinin səbəbini yazılı şəkildə bildirmək.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı