Şriftin ölçüsü :
Saytın rəngi :
Yoluxucu xəstəliklərin immunoprofilaktikası dedikdə, profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsi başa düşülür.
Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki şəxslər tərəfindən aparılır.
Nəzərə almaq lazımdır ki, profilaktik peyvəndlər müəyyən edilmiş tibbi-sanitariya qaydalarına və tələblərinə əməl etməklə tibbi əks göstərişləri olmayan vətəndaşlara aparılır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında aparılır.
İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmişdir. Bu sahədə dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
1. bütün vətəndaşlar üçün profilaktik peyvəndlərin zəruriliyi;
2. dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərin əhaliyə pulsuz aparılması;
3. məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi;
4. immunoprofilaktikanın aparılması üçün səmərəli tibbi immunobioloji preparatlardan istifadə olunması;
5. tibbi immunobioloji preparatların keyfiyyətinə, təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti;
6. yeni tibbi immunobioloji preparatların işlənib hazırlanması sahəsində aparılan elmi tədqiqatlara dövlət qayğısı, tibbi immunobioloji preparatların müasir tələblərə cavab verən istehsalının təmin edilməsi;
7. tibbi immunobioloji preparatların yerli istehsalçılarına dövlət qayğısı;
8. immunoprofilaktika sahəsində tibb işçilərinin hazırlanması;
9. postvaksinal fəsadlar baş verdikdə vətəndaşların sosial müdafiəsi;
10. statistik müşahidə sisteminin təkmilləşdirilməsi;
11. immunoprofilaktika sahəsində humanitar təşkilatların iştirakına şərait yaradılması;
12. beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.
Qeyd: 1. Profilaktik peyvəndlər - yoluxucu xəstəliklərə qarşı spesifik immunitetin yaradılması üçün insan orqanizminə tibb immunobioloji preparatların yeridilməsidir.
2. Tibbi immunobioloji preparatlar - yoluxucu xəstəliklərin inkişafının və yayılmasının qarşısının alınması üçün tətbiq edilən vaksinlər, immunoqlobulinlər və digər preparatlar hesab olunur

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı