Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

01.01.2024

  Yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü C.T-nin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

  Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü F.Q-nin aralarında yaranmış mübahisə zamanı C.T-yə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Q iş üzrə şübhəli şəxs qismində tutulub.

  Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.