Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümumilli lider Heydər Əliyevin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə iştirak edib

30.12.2023

  Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə dekabrın 30-da prokurorluq əməkdaşları Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə iştirak edib.

  Tədbirdə, həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə Baş prokuror yanında Elm-Məsləhət Şurasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları, eləcə də, media subyektləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib. 

  Tədbiri giriş nitqi ilə açan Baş Prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 2023-cü ildə prokurorluq orqanları tərəfindən dahi şəxsiyyətin əziz xatirəsinin yad edilməsi məqsədilə həyata keçirilmiş silsilə tədbirlərdən danışıb, bu ilin Azərbaycan dövləti və xalqı üçün olduqca uğurlu olduğunu, cənab Prezidentin rəhbərliyi ilə qazanılan qələbələr nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edildiyini, tarixi Azərbaycan torpaqlarında, o cümlədən Xankəndi şəhərində üç rəngli bayrağımızın dalğalanmağa başladığını vurğulayıb, prokurorluq əməkdaşlarını, həmçinin, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib, onlara növbəti ildə faəliyyətlərində uğurlar arzulayıb.

  Konsertdə solistləri bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

  Tədbirdə zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə  gəncləri arasında səmimi və mehriban ünsiyyətin  qurulması üçün əlverişli fürsət yaranıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.