Şriftin ölçüsü :

Saytın rəngi :

#maarifləndirmə - Dəm qazı təhlükəsindən qorunmaq üçün bunları bilmək lazımdır

26.12.2023

-    1 kv.m təbii qazın yanması üçün 2m kub oksigen və ya 10m kub hava tələb olunur. Vanna otağına daima təmiz hava daxil olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın. 

-    Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir.

-    Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. 

-    Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. 

-    Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. 

-    Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.