Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

25.12.2023

  Avqustun 29-da Ağdaş rayon sakini Çinarə İsmayılovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

  İstintaqla Yadigar Mirzəyevin Bakı Metropoliteninin “İnşaatçılar” metrostansiyası yaxınlığında tanışı Çinarə İsmayılovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən  öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

  Yadigar Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.