Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb

25.12.2023

  Xəbər verildiyi kimi, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini    Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda  başlanmış cinayət işinin istintaqı tamamlanıb.
https://genprosecutor.gov.az/az/post/6899

  İstintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

  Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə  cinayət işi baxılması üçün Neftçala rayon məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.