Şriftin ölçüsü :
Saytın rəngi :
Dekabrın 19-da Dövlət Gömrük Komitəsi Akademiyasının təşkilatçılığı ilə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan qadını dövlətçiliyin keşiyində” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Əsas məqsədi Ulu Öndərin dövlətçilik strategiyasının həyata keçirilməsində Azərbaycan qadınlarının rolu, onların ictimai-siyasi fəallığının artırılması istiqamətində görülən işlərin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qadın siyasətinin, onların dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatındakı rolunun işıqlandırılması olan konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Nigar Qələndərli, Nigar Əskərova və Sarıtel Əliyeva iştirak etmişlər.
Konfransda Nigar Əskərova “Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir.
Konfransda təqdimatlar və çıxışlar dinlənilərək, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı