Şriftin ölçüsü :
Saytın rəngi :
12-14 dekabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının regional təlimində Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudov iştirak edib.
Əsas məqsədi insan alveri məqsədləri üçün texnologiyalardan sui-istifadə hallarına qarşı mübarizə sahəsində beynəlxalq təcrübəsinin öyrənilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının potensialının artırılması, müasir informasiya-texnologiyalarından istifadə olunmaqla törədilən bu növ cinayətlərin qarşısının alınması olan tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətləri tərəfindən hazırlanan təqdimatlar və çıxışlar dinlənilərək, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı