Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq - Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətləri və ya qərarlarından məhkəməyə şikayət verilməsi

19.12.2023

Cinayət prosesini həyata keçirən orqanın aşağıdakı prosessual hərəkətləri və ya qərarlarından məhkəməyə şikayət vermək olar:

1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;

2. tutma və həbsdə saxlanılması;

3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması;

4. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi;

5. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;

6. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi;

7. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi;

8. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 

9. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;

10. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi,

11. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması.

Qeyd olunan prosessual hərəkətlər və ya qərarlardan şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətində qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.