Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #cinayətprosessualhüquq - Cinayət təqibində sübutlar barədə qəbul edilən qərarlar (1)

13.12.2023

  Cinayət prosessual qanunvericiliyə əsasən cinayət prosesini həyata keçirən orqanlar, yəni təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr cinayət təqibi üzrə icraat başa çatanadək və başa çatdıqda maddi sübutlarla bağlı qərar qəbul etməlidir.

  Belə ki, cinayət təqibi başa çatanadək aşağıdakı maddi sübutlarla bağlı qərar qəbul edilir və həmin sübutlar mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarılır:
 
1. tez xarab olan əşyaları;

2. məişətdə gündəlik tələbat əşyaları;

3. gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları;

4. verilmiş mülki iddianın və ya əmlak tələbinin təmin edilməsi üçün üzərinə həbs qoyulmamış avtomobil və digər nəqliyyat vasitələri.

Bu əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.