Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

11.12.2023

  Cari il sentyabrın 4-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 1998-ci il təvəllüdlü Natiq Abbasovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

  İstintaqla 2003-cü il təvəllüdlü Əli Həsənovun aralarında yaranmış mübahisə zamanı Natiq Abbasova əvvəlcə yumruq və təpiklə, daha sonra isə üzərində gəzdirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

  Əli Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.