Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Məhkəmə ekspertizasının təyin olunmasının xüsusiyyətləri" mövzusunda tədbir keçirilib

08.12.2023

  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə audio və video yazıların məhkəmə kriminalistik ekspertizası, məhkəmə-ballistik, məhkəmə-psixoloji, məhkəmə yanğın texniki, insan izlərinin tədqiqi, təhlükəsizlik texnikası, iqtisad, fonoskopiya və məhkəmə xətşünaslıq ekspertizası ixtisası sahələri üzrə tədbir keçirilib.

  Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Amil Rəhimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin peşəkar əməkdaşları tərəfindən müxtəlif mövzularda çıxışlar edilib.

  Tədbir zamanı əməkdaşları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.