Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçiləri “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlimə cəlb edilib

07.12.2023

Prokurorluq əməkdaşlarının kommunikasiya sahəsində biliklərinin, ictimaiyyətlə əlaqələrinin, natiqlik bacarığının artırılması daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Mətbuat xidməti tərəfindən cari ilin dekabrın 7-də tabe prokurorluqlarda media ilə əlaqələrə görə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda distant formada onlayn rejimdə təlim təşkil edilmişdir.

Təlimin daha səmərəli olması üçün tədbirə təlimçi qismində Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin peşəkar müəllimi və jurnalistika sahəsi üzrə mütəxəssis cəlb edilmişdir.

Təlim çərçivəsində 84 nəfərdən ibarət dinləyici auditoriyasına “Azərbaycan Prokurorluğunun media siyasəti”, “Prokurorluqda aşkarlıq və şəffaflığın təmin olunması ilə bağlı həyata keçirilən kompleks tədbirlər”, “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, “Natiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası və vasitələri” və sair mövzularda mühazirələr tədris edilərək, dinləyicilərin sualları cavablandırılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.