Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır

07.12.2023

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. 

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.